Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
12 avqust göy üzündə baş verəcək bir sıra hadisələrlə diqqət çəkir. Həmin gün tam Günəş tutulması, Perseid meteor yağışının zirvə mərhələsi və bir neçə planetin eyni zaman kəsiyində səma üzərində görünməsi gözlənilir.
Ajans.az xəbər verir ki, bu astronomik hadisələr astroloji baxımdan da xüsusi əhəmiyyət daşıyır. Astroloji şərhlərə görə, 12 avqustdan sonra bəzi bürclərin həyatında mühüm dəyişikliklər başlaya bilər.
Xüsusilə Şir, Əqrəb, Dolça və Qız bürclərinin bu prosesdən daha çox təsirlənəcəyi iddia olunur.
Şir bürcü üçün əsas dəyişiklik özünə münasibətdə ola bilər. Özünəinam problemləri, keçmişdən qalan yaralar və insanın özünü məhdudlaşdırdığı düşüncələr arxa plana keçə bilər. Sevgi, karyera və maliyyə məsələlərində daha böyük hədəflər müəyyənləşdirmək istəyi yarana bilər.
Əqrəblər üçün dəyişikliklərin əsas istiqaməti karyera olacaq. Yeni iş, vəzifə dəyişikliyi, yüksəliş, mühüm layihə və ya uzun müddətdir göstərilən əməyin nəhayət diqqət çəkməsi gündəmə gələ bilər.
Dolçaların həyatında isə münasibətlər ön plana çıxacaq. Keçmişdən birinin geri qayıtması, mövcud münasibətin ciddiləşməsi və ya uzun müddətdir qeyri-müəyyən qalan münasibətlə bağlı həqiqətlərin üzə çıxması mümkündür.
Qız bürcü üçün isə bu dövr daha çox keçmişlə vidalaşmaq mərhələsi kimi qiymətləndirilir. Köhnə incikliklər, xatirələr və emosional yüklər yenidən gündəmə gələ, lakin onların arxada qoyulması üçün fürsət yarana bilər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















