Icma.az
close
up
RU
Putin hədəfi göstərdi, orduya vaxt verdi Kiyevdən ağlasığmaz plan

Putin hədəfi göstərdi, orduya vaxt verdi Kiyevdən ağlasığmaz plan

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusunun Ukraynanın Pukrovsk bölgəsi istiqamətində son 24 saatda 68 hücumu dəf edilib. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin orduya noyabrın 15-dək Mirnoqrad və bütün Pokrovsk aqlomerasiyasını ələ keçirməyi tapşırıb.

Rus ordusu son olaraq Pokrovskun mərkəzinə doğru və şəhərin cənub-şərqində irəliləyib. Lakin Ukrayna Silahlı Qüvvələrinin ciddi müqaviməti nəticəsində böyük itki ilə üzləşiblər.

Kreml rəhbəri niyə məhz bu bölgənin ələ keçirilməsi ilə bağlı tapşırıq verib?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Pokrovsk şərqdə Ukrayna qoşunlarının təchizat açarı olan və ölkənin müdafiəsinin əsasını təşkil edən digər şəhərlərə bağlı bir növ “qala kəməri”dir:

“Rusiya böyük itki hesabına olsa da, Pokrovsku ələ keçirə bilər. Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya qoşunlarının irəliləmə tempi qarşısında müdafiə mexanizmlərinin qurulmasının çətinliklərini etiraf etməsi də bu nəticəyə gəlməyə əsas yaradır.

Ukraynanın öz ərazilərində güclü əks-hücum kampaniyası reallaşdırması mürəkkəb və çətindir. Ən azından ona görə ki, Ukrayna qoşunlarında canlı qüvvə qıtlığı şəxsi heyətin hücum əməliyyatları üçün komplektləşdirilməsinə maneə yaradır. Bununla belə, Ukrayna müharibənin gedişatında qərarverici səviyyədə əks-balans yaradılması üçün Rusiyanın təhlükəsizlik boşluqlarına və kəşfiyyat orqanlarındakı zəifliklərə nəzər salır.

Bu baxımdan, Rusiya Ukrayna ərazilərində nailiyyətlərə fokuslansa da, Kiyevin missiyası Moskvanı daxildən müharibə şəraiti ilə üzləşdirməyi prioritetləşdirir”.

Ekspert hesab edir ki, Ukrayna Böyük Britaniya və ABŞ kəşfiyyat subyektlərinin əməliyyat planı ilə Rusiya daxilində yeni hücum modeli hazırlayır:

“Bu əsasda Ukrayna Rusiya hüdudlarında “ən yaxın müttəfiqlər” və faydalı alətlər axtarır. Kiyev Rusiyanın təhlükəsizlik və kəşfiyyat xidmətləri arasındakı rəqabətdən faydalanaraq prosesi Vladimir Putinə qarşı qüvvələrin fəallaşması ilə nəticələndirməyi hədəfləmiş ola bilər. Məqsəd kəşfiyyat və təhlükəsizlik subyektlərini Putinin qərarlarına qarşı siyasi status səviyyəsinə qaldıracaq proseslərin hazırlanmasıdır.


Aqşin Kərimov

Ukraynanın bu prosesdə aqressiv hərəkat başlatması üçün onun Qərbin kəşfiyyat dəstəyi ilə paralel, hərbi texnikalarına, silahlarına ehtiyac var. Çünki Rusiyanın arxa cəbhə dərinliklərinə effektiv zərbə endirmədən Ukraynanın anti-Putin prosesi başlatması çətindir. Buna görə də, Kiyevin Moskvanı müharibə məqsədlərindən çəkindirmək, onun dövlət aparatını istədiyi nöqtəyə qədər parçalamaq planının nə qədər məhsuldar olacağı suallar yaradır”.

Kərimovun sözlərinə görə, Rusiya ərazi uğurlarını Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla mümkün razılaşmalarına təkan verəcək mühüm təfərrüat kimi strukturlaşdırır:

“ABŞ və Rusiyanın ikitərəfli münasibətləri təhdid ritorikasından əməkdaşlıq prioritetlərinə çevirməsi iki dövlətin gündəliyində əhəmiyyətli yer tutur. Putinlə Tramp hər iki ölkənin gərginliyi artıracaq növbəti addımlardan qaçmaqla Ukrayna ərazilərində güzəşt üçün strateji sahə axtaran model tərtib edirlər.

Bu tərtibat hələlik uğurlu deyil. Üstəlik Ukrayna ilə əlaqədar Ağ Evlə Kremlin əsas dinamikaları əvvəldən mərkəzləşmiş strategiyaya əsaslanır.  Buna görə də, ABŞ ilə Rusiya arasında ən mühüm ikitərəfli münasibətlər belə münaqişələrin eskalasiyası dövrlərinə və bundan irəli gələn qeyri-sabitliyə qarşı həssaslıq riskini aradan qaldırmır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri