Putin: Həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması fikri yaxşı ideyadır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, həm ABŞ, həm də Rusiyanın müdafiə xərclərini 50% azaltması ideyası yaxşı fikirdir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.
“Əvvəlcə bütün bunları hesablamalıyıq. Bunlar Britaniya mərkəzinin hesablamalarıdır. Bu düzgün ola bilər, çox düzgün olmaya bilər və ya heç doğru olmaya bilər. Amma buna baxmaq lazımdır, bu birincisi. İkincisi. Çin Xalq Respublikasının buna münasibətini heç cür şərh edə bilmərəm. Strateji hücum silahları və digər çox ciddi məsələlərlə bağlı Amerika tərəfdən müxtəlif yanaşmalar var idi. Ona görə də, bu, Çin Xalq Respublikasının məsələsidir, lakin biz ABŞ ilə razılığa gələ bilərik. Biz bunun əleyhinə deyilik. Məncə, fikir yaxşı ideyadır. ABŞ 50%, biz də 50% ixtisar edərdik. Əgər Çin Xalq Respublikası da istəsə, o zaman qoşular. Hesab edirik ki, təklif yaxşıdır və bu məsələni müzakirə etməyə hazırıq”, - Rusiya Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 Fevral 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















