Icma.az
close
up
RU
Putin hərəkətə keçir: Paşinyan DEVRİLƏ BİLƏR

Putin hərəkətə keçir: Paşinyan DEVRİLƏ BİLƏR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Rusiyadan sürətlə uzaqlaşmağa davam edir. İrəvanın Moskvadan iqtisadi asılılığı olsa da, ona qarşı addımlar atır.

Yanvarın 9-da Ermənistan hökuməti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini dəstəkləyib. Sənəd parlamentdə təsdiqlənməlidir, daha sonra hakimiyyət Brüsseldən olan həmkarları ilə Avropaya inteqrasiya prosesinin yol xəritəsini müzakirə edəcək.

Rusiya Ermənistanın bu qərarına sərt reaksiya verib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Avropa İttifaqına üzvlüklə uyğun gəlmir. Ermənistan 2015-ci ildən Aİİ-nin üzvüdür. Ermənistan İqtisadiyyat Nazirliyi ölkənin Aİİ-dən çıxmasını istisna edib.

Ardınca Ermənistan Rusiyanı qəzəbləndirəcək növbəti addım atıb. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona gedərək amerikalı həmkarı Entoni Blinkenlə görüşüb. Onlar Ağ Evdə hakimiyyət dəyişikliyi ərəfəsində iki dövlət arasında münasibətlərin statusunu yüksəldən Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalayıb. Xartiya İrəvan və Vaşinqtonun təhlükəsizlik və müdafiənin həssas sahələri də daxil olmaqla əməkdaşlığın yeni səviyyəsinə qalxmağa hazır olduğunu bəyan edir. Moskvada Ermənistanın qərarı “suveren seçim” adlandırılsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə hakimiyyətini dəstək üçün Qərbə üz tutmamağa çağırıb.

Bu gün isə Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. İrəvanın açıqlamasında Avropa İttifaqı ilə bağlı məsələnin müzakirə edildiyi qeyd edilməsə də, Kremlin saytında bu barədə yazılıb. Qeyd olunur ki, Nikol Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib. Rusiya lideri müvafiq şərhlər və qiymətlər verib.

Qeyd edək ki, İrəvanın Qərbyönümlü siyasəti İkinci Qarabağ müharibəsindən sonra sürət qazansa da, son aylarda atılan addımlar Moskvanın açıq etirazlarına səbəb olub. İrəvanın Qərbə meyli İranın da narahat olduğu məsələlərdəndir. Bir sıra ekspertlər Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planlaşdırdığını düşünür.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya ilə İranın Ermənistanı cəzalandıracağı ilə bağlı mülahizələr özünü doğrultmaya bilər:

"Ermənistan hökuməti Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirib, sərhədimizə avropalılarla yanaşı, amerikalı hərbçilər də yerləşdiriləcək. Rusiya və İranın buna görə Ermənistanı cəzalandıracağı barədə mülahizələr özünü doğrultmaya bilər. Rusiya ilə Ermənistan arasında ticarətin həcminin 4-5 dəfə artmasının gizli tərəfləri var, Moskva bundan imtina etməz. Tehran isə Ermənistanın bütün şıqtaqlıqlarını, hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözməyə hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun".

Politoloq vurğulayıb ki, bölgədə baş verənlərə çevik reaksiya verməliyik:

"Ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq. Ermənistanla şərtlərimiz daxilində sülh sazişini imzalamağa çalışmalıyıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri