Zaxarova: Bakı ilə İrəvan arasında davamlı sülh bütün region üçün vacibdir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya vasitəçiliyi ilə Ermənistan-Azərbaycan normallaşması üzrə əldə olunan razılaşmalar aktuallığını qoruyur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Dublində keçirilən son görüşünü şərh edərkən bildirib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında davamlı sülhün təmin olunması bütün Cənubi Qafqazın inkişafı və rifahı üçün mühüm amillərdən biridir.
Mariya Zaxarova tərəflərin hazırda birbaşa dialoqa üstünlük verdiyini qeyd etsə də, Rusiya tərəfinin zərurət yarandığı və səylərinə ehtiyac duyulduğu təqdirdə prosesə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















