Putin ilin əvvəlindən bəri dördüncü dəfə ordunun ştat sayını artırıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun ştat sayının 15 500 nəfər artırılması haqqında fərman imzalayıb. Oxuməni. az xəbər verir ki, Rusiya dövlət başçısının müvafiq fərmanı bazar ertəsi rəsmi hüquqi informasiya portalında dərc olunub.
İndi ordunun ştat sayı 1 550 500-ü hərbi qulluqçu olmaqla, ümumilikdə 2 441 630 nəfər müəyyən edilib. Fərman imzalandığı gün – sentyabrın 28-də qüvvəyə minib.
Bu, son yeddi ay ərzində Rusiya Federasiyası ordusunun ştat sayının artıq dördüncü dəfə artırılmasıdır – əvvəlki artımlar mart, iyun və iyul aylarında olub. Ümumilikdə, dörd artım nəticəsində ştata 52 500 nəfər əlavə edilib ki, onlardan da 50,5 mini hərbi qulluqçulardır.
Ukrayna ilə genişmiqyaslı müharibənin ilk dörd ili ərzində Putin ordunun ştat sayını cəmi üç dəfə artırmışdı.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Sentyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















