Icma.az
close
up
RU
Putin ilin yekunlarına həsr olunmuş konfransda bəyanat verdi Rusiya Ukrayna ilə dialoqa hazırdır...

Putin ilin yekunlarına həsr olunmuş konfransda bəyanat verdi Rusiya Ukrayna ilə dialoqa hazırdır...

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş illik mətbuat konfransında bir sıra əsas mövqelərini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o Rusiya və Ukrayna arasında dialoq imkanlarına toxunaraq bildirib ki, “Rusiya hələ Kiyevin ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmür, lakin Ukraynadan dialoqa hazır olduqlarına dair müəyyən siqnallar alır.” Putin əlavə edib ki, Rusiya Ukrayna ilə danışıqlara 2024-cü ildə irəli sürdüyü prinsiplər əsasında başlamağa hazırdır.

Prezidentin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri strateji təşəbbüsü tam şəkildə ələ keçirib, qoşunlar bütün istiqamətlərdə irəliləyir, düşmən geri çəkilir. O, həmçinin bəyan edib:

Qırmızı Lıman yaxın vaxtlarda azad olunacaq, bundan sonra hücum Slavyanska doğru davam edəcək. Ukrayna ordusu Krasnoarmeysk (Pokrovsk) istiqamətində müəyyən geri çəkilməyə çalışsa da, ciddi itkilər verir. Rusiya ordusu Zaporojye vilayətində yaşayış məntəqələrini ardıcıl azad edir, Gulyaypolenin yarısı artıq nəzarət altındadır. Kupyansk tam şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Putin əmin olduğunu bildirib ki, Rusiya ordusu 2025-ci ilin sonuna qədər yeni uğurlar əldə edəcək.

İqtisadi göstəricilər barədə danışan Putin qeyd edib ki, son üç ildə Rusiya iqtisadiyyatı 9,7% artıb, bu isə Avropadakı göstəricilərdən xeyli yüksəkdir. O, Avropada Rusiya aktivlərinin müsadirəsinin Avrozona iqtisadi sisteminə mənfi təsir göstərəcəyini vurğulayıb və əlavə edib ki, Rusiya aktivlərini siyasi təsirdən asılı olmayan məhkəmə yurisdiksiyalarında qoruyacaq.

Prezident həmçinin cəbhədə pilotsuz uçuş aparatlarının əhəmiyyətinə diqqət çəkib və bildirib ki, dövlət dron hazırlayan ixtiraçılara dəstək verəcək. O, 2025-ci ildə 400 mindən çox insanın Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzaladığını qeyd edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri