Icma.az
close
up
RU
Putin İstanbula “yox” dedi: Türkiyənin vasitəçiliyi sınaq qarşısındadır

Putin İstanbula “yox” dedi: Türkiyənin vasitəçiliyi sınaq qarşısındadır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Putin gəlmədi, proses dayandı, Ukrayna-Rusiya sülh missiyası tıxanır

ABŞ-nin yenidən Ukraynanı dəstəkləmək müstəvisinə qayıtmaq üzrə olduğu bəllidir

Dünən İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü keçirilib. Görüş Dolmabahçe Sarayında baş tutub. İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya ümumilikdə Ukrayna ilə danışıqlardan razıdır və təmasları davam etdirməyə hazırdır. Onun sözlərinə görə, Rusiya və Ukrayna mümkün gələcək atəşkəs barədə öz baxışlarını ətraflı şəkildə təqdim edəcəklər: "Moskva danışıqları davam etdirməyə hazırdır". Medinski Rusiya və Ukraynanın yaxın vaxtlarda 1000/ 1000 əsir mübadiləsi aparacaqlarını söyləyib. O, Rusiyanın Ukraynanın liderlər arasında birbaşa danışıqlara dair tələbini nəzərə aldığını da qeyd edib: "Rusiya prezidentinin təşəbbüsü ilə Ukrayna tərəfi ilə təşkil olunmuş birbaşa danışıqlar indicə yekunlaşıb. Ümumiyyətlə, biz nəticələrdən razıyıq və təmasları davam etdirməyə hazırıq. Nə haqda razılaşmışıq? Birinci. Yaxın günlərdə min nəfərin min nəfərə genişmiqyaslı məhbus mübadiləsi olacaq. İkinci. Ukrayna tərəfi dövlət başçıları arasında birbaşa danışıqların aparılmasını xahiş edib. Biz bu müraciəti nəzərə almışıq. Üçüncüsü. Biz razılaşdıq ki, hər bir tərəf mümkün gələcək atəşkəs haqqında öz baxışını təqdim etsin. Bunu ətraflı, detallı yazsın. Belə bir baxış təqdim edildikdən sonra biz hesab edirik ki, danışıqlarımızı davam etdirmək məqsədəuyğundur və bu da razılaşdırılıb". Ukraynanın müdafiə naziri Rustam Umerov deyib ki, Kiyev potensial olaraq Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünə hazırlaşır. O, həmçinin, tezliklə tərəflər arasındakı danışıqların növbəti raundu barədə məlumat verəcəyini açıqlayıb. Umerov əlavə edib ki, budəfəki görüş zamanı tərəflər atəşkəs və girovların mübadiləsini nəzərdən keçiriblər. Qeyd edək ki, İstanbulda Türkiyə-ABŞ-Ukrayna görüşü də keçirilib.

Ukrayna Prezidenti Volodimir Zelenksi bildirib ki, Putin Türkiyəyə gəlsəydi, müharibəni bitirmək üçün real imkanları olardı: "Bu müharibə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ən qısa müddətdə başa çatmalıdır, Ukraynanın sülhə ehtiyacı var. Bu həftə Putin Türkiyəyə gəlməkdən çəkinməsəydi, bizim bu müharibəyə son vermək üçün real imkanlarımız olacaqdı. Mən Putinlə İstanbulda və ya Ankarada birbaşa görüşə hazır idim, sadəcə görüşə deyil, bütün vacib məsələlərin həllinə. Lakin o, heç nəyə razı olmadı. Gördüyünüz kimi, Rusiya İstanbula çox aşağı səviyyəli nümayəndə heyəti göndərib". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Rusiya-Ukrayna danışıqlarında, prosesin həssaslığını nəzərə alaraq, ədalətli və davamlı sülhə nail olmaq üçün tərəfləri heç bir təzyiq göstərmədən həvəsləndirmək çox vacibdir. O qeyd edib ki, Ukraynada silahların susması və sülh üçün zəminin yaradılması dönəmidir. Ərdoğan Türkiyənin başda daimi atəşkəs olmaqla bütün həll yollarına dəstək verdiyini vurğulayıb. Britaniyalı ekspert Nik Paton Uolş bildirib ki, İstanbul danışıqları Putinin istədiyi kimi gedir. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri Rüstəm Umerovu İstanbulda aşağı səviyyəli Rusiya nümayəndə heyəti ilə görüşə göndərmək qərarı çətin, lakin zəruri bir seçim olub: "Ukrayna göstərmək istəyir ki, müharibənin sülh yolu ilə həlli üçün lazım olan hər bir addımı atmağa hazırdır. Əks halda, Tramp Rusiya Prezidenti Vladimir Putinə daha da rəğbətlə yanaşmağa başlaya bilər. O hesab edir ki, nəticədə sülh prosesi məhz Rusiyanın istədiyi şəkildə – yavaş və Kreml tərəfindən planlaşdırılaraq irəliləyir. Ukrayna və Avropa müttəfiqləri qeyd-şərtsiz 30 günlük atəşkəs tələb etdiyi halda Putin və Tramp danışıqlara münasibətlərini açıq şəkildə nümayiş etdirirlər". Uolş qeyd edib ki, Kreml nə yeni sanksiyalardan, nə də Avropa təzyiqlərindən qorxur. Trampın təhdidləri də Putinə təsir etmir. Onun sözlərinə görə, Tramp və Putin arasında ikitərəfli görüş yaxın vaxtlarda baş tuta bilər.


Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Türkiyənin Ukrayna savaşının dayandırılması prosesinə vasitəçilik missiyasını öz üzərinə götürməsi olduqca önəmli bir prosesdir. Ekspertin sözlərinə görə, ABŞ vasitəçilik missiyasından imtina edib:


 "Yəni bu, onu göstərir ki, Tramp administrasiyasının Ukrayna savaşının dayandırılması üzrə planları və yaxud hədəfləri iflasa uğrayıb. Ona görə də ABŞ kənara çəkildi. Üstəlik, Ağ Ev, daha dəqiq desək, Prezident Donald Tramp Türkiyənin bu məsələdə vasitəçiliyi öz üzərinə götürməsi barədə açıqlamalar verdi. Bu prosesin uğur qazana biləcəyinə ümidvar olduğunu dedi. Eyni zamanda oxşar bəyanatlar Rusiyadan da gəldi. Prezident Putin Türkiyənin vasitəçiliyinə böyük önəm verdiyini bildirdi və İstanbulda Rusiya, Ukrayna görüşlərinin keçirilməsinin vacibliyini vurğuladı. Ərdoğanla da telefon danışığında Putin belə bir xahiş etdi və vasitəçilik missiyası Türkiyə tərəfindən qəbul olundu. Hazırda proses başlayıb və davam edir. Ancaq İstanbuldakı görüşlərin Rusiyanın xeyrinə davam etdiyini düşünmək sadəlövhlük olardı. Çünki Rusiya ağır şərtlər qoyur və olduqca müəmmalı davranır. Ukrayna Prezidenti Zelenski şəxsən Türkiyəyə səfər edərək orada sülh şərtlərini Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmək niyyətini bəyan etmişdi. Ancaq Prezident Putin bu səfərə getmədi və Ukrayna tərəfinin mövqeyinə görə səlahiyyətləri məhdud olan şəxsləri göndərdi. Bu baxımdan İstanbul görüşü hələlik Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdə pozitiv nəticələr vermək ehtimalından uzaqdır".


Buna rəğmən, analitik düşünür ki, burada iki istiqamət nəzərə çarpır:

 "Birincisi ondan ibarətdir ki, Türkiyə həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətlərə malik olduğundan hər iki tərəflə danışıq aparmaq imkanlarına və onlara vasitəçilik etmək qabiliyyətinə potensialına sahibdir. Hazırda məhz Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilir. Digər tərəfdən, Türkiyənin birbaşa iştirakı ilə Türkiyə-ABŞ və Ukrayna danışıqları gedir. Bu o deməkdir ki, İstanbulda Türkiyə-ABŞ və Ukrayna danışıqları masası da qurulub. ABŞ-nin yenidən Ukraynanı dəstəkləmək müstəvisinə qayıtmaq üzrə olduğu bəllidir. Türkiyə bütövlükdə Ukrayna böhranı ilə bağlı prosesin əsas avanqard dövlətinə çevrilir və rəsmi Ankaranın siyasi iradəsini daha ön plana keçirir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri