Icma.az
close
up
RU
Putin İstanbula Zelenski ilə görüşə niyə gəlmədi? ƏSL SƏBƏBLƏR

Putin İstanbula Zelenski ilə görüşə niyə gəlmədi? ƏSL SƏBƏBLƏR

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, dünən Rusiya və Ukrayna arasında davam edən münaqişənin həllinə yönəlmiş yeni danışıqlar üçün İstanbulda rəsmi görüş keçirildi. Bu görüş mayın 5-də Türkiyə prezidenti və  ABŞ prezidenti Trampın telefon danışığı zamanı təyin edilmişdi. Təşəbbüs Trampdan gəlmişdi. O, Ərdoğandan xahiş etmişdi ki, bu formatı bərpa eləsin. Təəssüf ki, həmin görüşə Rusiya prezidenti gəlmədi, amma Zelenski gəldi. 

Bəs Putin niyə görüşə gəlmədi? 

Məsələ ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlama verib:

"Bu görüşdə sülhdən söhbət gedə bilməz. Burda sülh danışıqları müzakirə edilə bilər, hərbi əsirlərin bir-biri ilə dəyişdirilməsi, 30 gün müddətin atəşkəs rejiminin müəyyən edilməsi danışıla bilər. Həmin ərəfədə Braziliya prezidenti də Moskvada idi. Çin və Ukranya dövlətinin xahişi ilə o, Putindən İstanbul formatında iştirak etməyi xahiş edib. Putin isə Braziliya prezidentini vaxt azlığından qəbul edə bilməyib. Putinin mənfi cavabından bəlli olur ki, burda sülhdən söhbət gedə bilməz". 

Politoloq həmçinin qeyd edib ki, burda Trampla Putinin Türkiyəyə gəlmə ehtimalı da ola bilər. Amma bu barədə dəqiq proqnoz vermək mümkün deyil. 

Xatırladaq ki, Türkiyə isə bu illər ərzində hər iki tərəf arasında dialoq qurmaq üçün davamlı səylər göstərib. 2022-ci ildə İstanbulda keçirilmiş müzakirələr və sonradan əldə edilən "Qara Dəniz Taxıl Təşəbbüsü" razılaşması beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdu.

Son olaraq, Rusiya Prezidenti Vladimir Putin 11 may tarixində danışıqların ön şərtsiz bərpası üçün 15 mayı təklif edərək, Türkiyədən ev sahibliyi etməsini istəmiş, Ukrayna tərəfi isə bu təşəbbüsə dəstək vermişdi.

Aysel Əkbər
Milli.Az
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri