Putin Kiyevə yeni hücum düşünür: Rusiya niyə sülh istəmir?
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Vladimir Putin danışıqlarda maraqlı deyil; o, 2026-cı ildə müharibəni davam etdirməyə və Ukrayna ərazilərini ələ keçirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu fikirləri veteran, hərbi ekspert Yevgen Diki səsləndirib.
Ekspert qeyd edib ki, Putin internetdən istifadə etmədiyi üçün bütün məlumatları yazılı hesabatlar və şifahi məruzələr vasitəsilə alır. Ona məlumat verən məmurlar isə pis xəbər çatdırmaqdan qorxurlar. Bu səbəbdən putinin əlində "ələ keçirilmiş" yaşayış məntəqələri ilə bağlı çoxlu yalan məlumat var.
"Mən təəccüblənmərəm ki, o (Putin), baharda yenidən Kiyevə hücum etməyi artıq tam ciddiyyətlə planlaşdırır", – deyə Diki Radio NV-nin efirində bildirib.
Ekspertin sözlərinə görə, Putinin Rusiya iqtisadiyyatının vəziyyəti barədə məlumatları da natamamdır, buna görə də o, bütün növbəti ili "uğurla müharibə aparmağı" planlaşdırır və heç bir razılaşmaya ehtiyac duymur. Dikinin iddiasına görə, Putinin artıq 2026-cı il üçün səfərbərlik planı var, büdcə isə tam bir illik müharibə hesabı ilə qurulub.
"O, bütün ili hücum etməyi, əraziləri tutmağı və imkan daxilində bizi tamamilə məhv etməyi planlaşdırır. Eyni zamanda Trampa eşitmək istədiyi hər şeyi deyəcək", – deyə ekspert əlavə edib.
Yevgen Diki hesab edir ki, Ukraynanın bu müharibədəki ən böyük üstünlüyü Rusiyanın dərinliklərinə endirilən uzaqmənzilli zərbələrdir. Onun sözlərinə görə, düşmənin yanan neft emalı zavodları (NEZ) Rusiyanı dişlərini sıxaraq danışıqlar masasına oturmağa məcbur edə biləcək əsas amildir. Lakin bunun üçün ən azı yarım il və ya bir il vaxt lazımdır.
"Rusiyanın dərinliklərinə zərbə kampaniyası 2025-ci ildə bizim üçün ən müsbət məqamdır. Uzaqmənzilli dronların kütləvi istehsalı Rusiya iqtisadiyyatına və logistikasına ciddi təsir göstərir. Vacibdir ki, bu zərbələr dron-raket kombinasiyasına keçsin və miqyası artsın".
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov da hesab edir ki, Ukraynanın yanacaq-energetika kompleksinə endirdiyi zərbələr nəticəsində Rusiya nəhəng maliyyə itkiləri verir.
Budanovun sözlərinə görə:
•Rusiya neft emalı gücünün təxminən 21%-ni itirib.
•Yazın sonundan etibarən Rusiya iqtisadiyyatı stabil resessiyaya (tənəzzülə) qədəm qoyub.
•İqtisadi çətinliklər döyüş meydanına dərhal təsir etməsə də, Moskvanın müharibəni bitirmə mövqeyinə mütləq təsir göstərəcək.
Alpər
Baxış sayı:94
Bu xəbər 29 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















