Icma.az
close
up
RU
Putin kompromis istəmir: o, yalnız iki variantı görür

Putin kompromis istəmir: o, yalnız iki variantı görür

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin üçün müharibə heç də yalnız ərazi mübahisəsi deyil. Buna görə də Ukraynanın məhdud ərazi güzəştləri sülhə zəmanət vermir.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik Kounkil” nəşri yazıb.

Qeyd olunur ki, Kreml rəhbəri yalnız iki variant görür: tam qələbə və ya sonsuz müharibə.

Nəşr xatırladır ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatında çıxış edərək ərazi güzəştlərinin Rusiyanın işğalına son qoya biləcəyi ilə bağlı ehtimalları rədd edib. Ukrayna lideri bildirib ki, hətta Ukrayna Donbası Putinə güzəştə getsə belə, o, dayanmayacaq.

Vurğulanır ki, Ukrayna prezidentinin bu skeptik mövqeyi ABŞ Prezidenti Donald Trampın administrasiyasının müharibəyə son qoymaq istiqamətində səylərini yenidən gücləndirdiyi bir vaxtda səslənir. Lakin ABŞ-ın yanaşmasını tənqid edənlər hesab edirlər ki, prezidentin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kreml ilə danışıqlara sanki “geosiyasi daşınmaz əmlak sövdələşməsi” kimi baxsalar da, Rusiya tərəfi məsələyə tamamilə fərqli prizmadan yanaşır.

“Putin üçün Ukraynaya qarşı müharibə sadəcə torpaqların ələ keçirilməsi deyil. Bu, Ukrayna dövlətçiliyini məhv etmək və Rusiya imperiyasını yenidən dirçəltmək məqsədi daşıyan tarixi missiyadır. Kremlin rəhbərinin Ukrayna dövlətçiliyinə qarşı kəskin mövqeyi onun Sovet İttifaqının dağılmasına qarşı dərin və uzunmüddətli narazılığını əks etdirir. Putin SSRİ-nin dağılmasını “tarixi Rusiyanın məhvi” adlandırmışdı.

Genişmiqyaslı işğaldan hələ əvvəl Putin dəfələrlə ruslar və ukraynalıların guya “bir xalq” olduğunu iddia edib. İşğaldan bir gün əvvəl isə o, hətta Ukrayna dövlətinin legitimliyini şübhə altına alıb”, - nəşr xatırlatmasında bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Sentyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri