Icma.az
close
up
RU
“PUTİN MƏNİMLƏ OYNAYA BİLMƏZ! Əgər görüş uğursuz olarsa...”

“PUTİN MƏNİMLƏ OYNAYA BİLMƏZ! Əgər görüş uğursuz olarsa...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada gözlənilən görüşünün həm Moskva, həm də Vaşinqton üçün əhəmiyyətli olacağını bildirib.

Bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ Prezidenti Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenskinin münaqişənin həllinə razılıq verəcəklərinə əmin olduğunu bildirib:“Düşünürəm ki, yaxşı görüş olacaq, amma daha vacib olan ikinci görüşümüz olacaq. Prezident Putin, prezident Zelenski və mənim iştirakımla birgə görüşümüz olacaq və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək. Ola bilsin ki, yox, hələ məlum deyil”.

“Görüşümüzdə nə baş verəcəyini görəcəyik. Bu, böyük bir görüş olacaq, düşünürəm ki, Rusiya və bizim üçün çox əhəmiyyətli olacaq. Bu, bizim üçün yalnız o mənada vacibdir ki, biz çoxlu insan həyatını xilas edəcəyik”, - Tramp bildirib.

Eyni zamanda, Amerika lideri ilkin olaraq Rusiyanın Alyaskada nadir torpaq minerallarının çıxarılması təklifinin mümkünlüyü ilə bağlı suala cavab verməyib.

Bir daha soruşduqda, “Bu, qətiyyən əhəmiyyətsizdir. Mən insanların həyatını xilas etməyə çalışıram”, - Amerika lideri bildirib.

“Düşünürəm ki, mən prezident olmasaydım, o,(Rusiya Prezidenti Vladimir Putin – Qeyd) bütün Ukraynanı ələ keçirərdi, bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oynaya bilməz”  - deyə, Tramp qetd edib.

ABŞ prezidenti əlavə edib ki, onunla Rusiya lideri arasında görüş uğursuz olarsa, çox tez başa çatacaq: “Əgər bu, uğurlu görüş olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən olub: “Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm, gedəndən sonra nə olduğunu gördüm. Hamı günahkardır, Putin günahkardır, hamısı günahkardır”. (report)

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün gələcəkdə Avropadakı Amerika hərbçilərinin sayını azaltmaq barədə düşünməyə hazır olduğunu bildirib: “Bu sual mənim qarşımda qaldırılmayıb, sonra fikirləşərəm, amma mənə bu barədə sual verilməyib” deyə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Avqust 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri