Putin: Moskva Bakıİrəvan münasibətlərinin normallaşması üçün hər şeyi edir Yeni Sabah
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanması üçün hər şeyi edir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin səfir etimadnaməsini təqdimetmə mərasimində deyib.
“Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illərdə ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”.
Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan liderləri arasında faydalı söhbətə də diqqətə çatdırıb:
“Mən Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS sammitinin platformasından yararlanmasından və regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Noyabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















