Icma.az
close
up
RU
Putin Müdafiə Nazirliyində kadr dəyişikliyi etdi: tapşırıqlar verdi

Putin Müdafiə Nazirliyində kadr dəyişikliyi etdi: tapşırıqlar verdi

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib. O, müşavirədə nazirliyin strukturunda dəyişikliklər edib və bir sıra yüksək vəzifələrə yeni təyinatlar həyata keçirib.

Modern.az xəbər verir ki, müşavirənin əsas mövzusu Müdafiə Nazirliyinin idarəetmə strukturunun təkmilləşdirilməsi olub.

Putin bildirib ki, Müdafiə Nazirliyinin bütün arxa təminat xidmətləri bundan sonra vahid rəhbərlik altında fəaliyyət göstərəcək. Bu istiqamətə "Mərkəz" qoşun qruplaşmasının komandiri Valeri Solodçuk təyin edilib.

Rusiya prezidenti Solodçuku ölkənin ən istedadlı hərbi komandirlərindən biri adlandıraraq onun yeni vəzifənin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib.

Müşavirədə qərara alınıb ki, "Mərkəz" qruplaşmasının qərargah rəisi Denis Lyamin hazırda formalaşdırılan Pilotsuz Sistemlər Qoşunlarına rəhbərlik edəcək. Putin qeyd edib ki, Lyamin bu sahədə ən peşəkar hərbçilərdən biri hesab olunur və yeni qoşun növünün formalaşdırılmasını uğurla başa çatdıracağına ümid etdiyini deyib.

Daha bir qərara əsasən, general-polkovnik Andrey İvanayev "Mərkəz" qoşun qruplaşmasının yeni komandanı təyin olunub. Putin bildirib ki, bu qruplaşma Donetsk vilayətində ən mühüm döyüş tapşırıqlarını yerinə yetirən əsas hərbi birliklərdən biridir.

Rusiya lideri həmçinin general-leytenant Pyotr Bolqaryevi Şərq Hərbi Dairəsinin müvəqqəti komandanı və "Vostok" qoşun qruplaşmasının komandiri təyin edib.

Putin müşavirədə Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyindən Ukraynadakı döyüş əməliyyatlarının gedişi barədə məruzə dinləyib.

Sonda prezident yeni vəzifəyə təyin olunan zabitlərə əvvəlki fəaliyyətlərinə görə təşəkkür edib və onların döyüş təcrübəsinin yeni tapşırıqların yerinə yetirilməsində mühüm rol oynayacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri