Icma.az
close
up
RU
Putin müharibəyə hazırlaşır: Bu dəfə kimə qarşı?

Putin müharibəyə hazırlaşır: Bu dəfə kimə qarşı?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığında İranla müharibə, xüsusən də zənginləşdirilmiş uranla bağlı Vaşinqtona yardım təklif edib. 

Trampın açıqlamasına görə, o, Putinə əvvəlcə Ukraynadakı müharibəyə son qoymasının daha vacib olduğunu bildirib.

Tramp bundan başqa Putinlə söhbətin çox yaxşı olduğunu və Ukraynadakı münaqişəyə həllin nisbətən tez olacağını bildirib. 

Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Putinin 9 May paradına qədər atəşkəs elan etməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Putin bu barədə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampı məlumatlandırıb. 

Bundan başqa, Donald Tramp Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı Putinin müharibəyə hazırlaşdığını bildirib. Danışığın təfərrüatları barədə dodaq oxuyucusu Nikola Hiklinqə istinadən Britaniyanın “Daily Mail” qəzeti yazıb. 

Ekspertin sözlərinə görə, III Çarlz mövzunu dəyişdirməyə çalışaraq Ukrayna məsələsinə daha sonra qayıtmağı təklif edib. Lakin Tramp məsələni davam etdirib və Kral böhranı başqa vaxt müzakirə etməyin daha yaxşı olacağını təkrarlamaq məcburiyyətində qalıb. 

Moskvanın həm İran məsələsində vasitəçi roluna can atması, həm də Ukraynada atəşkəs təşəbbüsü irəli sürməsi Kremlin paralel olaraq iki cəbhədə geosiyasi təsir imkanlarını qorumağa çalışdığını göstərir. 

"Cebheinfo.az"-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, burada köməkdən söhbət getmir.

O qeyd edib ki, Rusiya tərəflər arasında danışıqların keçirilməsi və müəyyən həll olunmamış məsələlərin müzakirəsi üçün vasitəçilik təklif edir: 

“Yəni burada Amerika tərəfinin İrana qarşı savaşı ilə bağlı bir məsələ nəzərdə tutulmur. Rusiya İranı müdafiə edir və əslində hazırkı qarşıdurmada İranın müqavimət gücünün artmasında Rusiyanın verdiyi kəşfiyyat məlumatlarının, eləcə də müəyyən texnoloji vasitələrin rol oynadığı da istisna edilmir. 

Rusiya münasibətləri normal səviyyədə saxlamaqla öz strateji hədəflərinə çatmağa çalışır. Yəni bir tərəfdən Ukraynada müharibəni davam etdirir, digər tərəfdən isə İranla ABŞ arasında vasitəçilik təklifi ilə çıxış edir. Amma nəzərə alsaq ki, ABŞ bunda çox da maraqlı deyil, Moskva əslində özü də ABŞ-nin uzun müddət Yaxın Şərq bataqlığında ilişib qalmasında maraqlıdır”. 

Politoloq əlavə edib ki, Rusiyanın İran üzərində müəyyən təsir imkanları mövcuddur və tərəflər strateji tərəfdaş hesab olunur: 

“Zənginləşdirilmiş uran məsələsinə gəldikdə isə hələ 2015-ci ildə altılıq ölkələri ilə İran arasında əldə olunmuş razılaşmalara əsasən, həmin zənginləşdirilmiş uranın üçüncü ölkələrə, o cümlədən Rusiyaya verilməsi variantı müzakirə edilirdi. 

Amma o vaxtdan bəri bununla bağlı hansısa bir ciddi addım atılmayıb. Nəzərə alaq ki, Rusiyanın İran üzərində müəyyən təsir imkanları var və tərəflər strateji tərəfdaş hesab olunur, xüsusilə də İranın nüvə proqramında Moskvanın rolu danılmazdır. 

Hazırda da Rusiya mütəxəssisləri İranda bu sahədə fəaliyyət göstərirlər. O baxımdan, Putinin məqsədi həm də Rusiyanın qlobal aktor olduğunu nümayiş etdirmək, həm də ABŞ-İran qarşıdurmasını dayandırmaq istiqamətində bağlı addımlar atmaqdır. Bu, həm də Rusiyaya siyasi dividentlər qazandırır”.

Oqtay Qasımov vurğulayıb ki, 9 Mayla bağlı atəşkəs məsələsi müəyyən müddəti deyil, məhz həmin günün özünü əhatə edir: 

“Bu, 9 Maya qədər deyil, məhz 9 May günü ilə əlaqədardır. Adətən Rusiya həmin tarixi hərbi güc nümayişinə çevirməyə çalışır. Çünki həmin gün Rusiyada hücumların olmaması, sakitliyin və sabitliyin olması Putin üçün vacibdir. 

Müharibənin davam etdirilməsinə gəlincə, Putin, əlbəttə ki, Ukraynada savaşı davam etdirmək niyyətindədir və hələ də qarşıya qoyduğu hədəflərə çatmayıb. Doğrudur, artıq beşinci ildir ki, bu müharibəni davam etdirmək Rusiya üçün də asan deyil. 

Xüsusilə nəzərə alsaq ki, son dövrlər Ukraynanın Rusiyaya endirdiyi zərbələr davamlı xarakter alıb və daha çox həssas strateji obyektlər hədəfə çevrilir. Bu baxımdan, Putinin əsas niyyəti bəllidir. 

Yəni Ukraynada məqsədlərinə çatmaq, ABŞ ilə İran arasında vasitəçilik cəhdləri ilə Rusiyanın rolunun artmasına şərait yaratmaq, eyni zamanda ABŞ ilə münasibətləri normal səviyyədə saxlayaraq Ukrayna məsələsində Amerikanın dəstəyini müəyyən qədər təmin etməkdir”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: Putin Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri