Icma.az
close
up
RU
PUTİN NİYƏ ÖZ KÖLGƏSİNDƏN DƏ QORXUR? Və ya ətrafı onu devirə bilərmi?

PUTİN NİYƏ ÖZ KÖLGƏSİNDƏN DƏ QORXUR? Və ya ətrafı onu devirə bilərmi?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyada SSRİ-nin nasist Almaniyası üzərində qələbəsinin 81-ci ildönümünə həsr olunmuş hərbi parada hazırlıq işləri dərin narahatlıq və təşviş içində gedir. Rusiya Prezidenti Vladimir Putin Ukraynadan gələ biləcək dron hücumunun paradı poza biləcəyi ehtimalını nəzərə alaraq 9 may günü ilə bağlı Donald Tramp vasitəsi ilə Kiyevdən atəşkəs istəyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə mayın 6-na keçən gecədən başlayraq atəşkəs elan edib və deyib ki, əgər Rusiya sözünə əməl etməzsə, buna dərhal cavab verəcəklər.

Qorxu içində “qələbə paradı” keçirilməsi doğrudan da tragikomediyadır. Görün, müharibə özünü qəhrəman və yenilməz obrazında göstərməyə çalışan Putinin ictimai nüfuzunu hansı səviyyələrə qədər endirib. Rusiya tarixində hakimiyyət başında onlanlar həmişə çalışıblar ki, xalq içində nüfuzları kəskin aşağı düşməsin. Bu baxımdan Putin də istisna deyil və onun öz təbliğatına böyük pullar xərcləməsi də bunun üçündür, “qələbə paradı” isə məhz həmin təbliğat kapmaniyasının ayrılmaz tərkib hissəsidir.

Müharibə həqiqətləri Putinin beyinləri “yumağa” yönəlmiş “dahi strateqin mükəmməl geostrateji gedişləri” silsiləsindən olan təbliğatını zaman içində puça çıxarıb.

Ancaq buna baxmayaraq, məsələn, Putinin xüsusi təbliğat ruporu rolunu oynayan Dmitri Medvedev kimilər nəyin bahasına olursa-olsun müharibəni davam etdirəcəklərindən və mütləq qələbə qazanacaqlarından dəm vurur. Medvedevin danışdıqları Berlin ətrafında döyüşlər getdiyi bir vaxtda Göbbelsin “qələbə bizimlədir” sayıqlamasını xatırladır. Putinin “NATO sərhədlərimizə qədər gəlmək istəyir”, ”Ukraynadakı nasistlər silahsızlaşdırılmalıdır” kimi tezislərinin bayağılaşdığını, mənasını itirdiyini anlayan təbliğatçılar bu mövzunu artıq dilə gətirmirlər.

Ukrayna dronlarının Moskvaya hücumu Kreml rəhbərinin günbəgün aşınan “dahiliyinə” sarsıdıcı zərbədir. Yəqin ki, bundan sonra Ukrayna dronları Moskvanı tez-tez hədəfə alacaqlar. Bu ən azından psixoloji üstünlükdür.

Yeri gəlimişkən, ”qalib” Rusiya ordusu artıq 2025-ci ilin noyabr ayından bu yana nəzarət etdiyi mövqeləri itirməkdə davam edir. ABŞ-nin Müharibə Tədqiqatları İnstitunun hesabatında deyilir ki, son bir ay ərzində Rusiya ordusu 116 kvadrat kilometr ərazi itirib. Ordu “Starlink” şəbəkəsindən məhrum olandan sonra köhnə və keyfiyyətsiz rabitə qurğularından istifadə etmək məcburiyyətində qalıb, nəticədə hərbi qruplar arasında əlaqə tez-tez pozulur. Rusların geriləməsinin səbəbi təkcə rabitə əlaqəsinin korlanması deyil. Ukraynanın “FPV” dronlarının mütəmadi zərbələri Rusiya ordusunun cəbhə xəttindəki logistikasını da məhv edir.

ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına müsahibəsində Rusiyanın müharibədə uduzduğunu, böyük canlı qüvvə itkisinə məruz qaldığını, ölkənin ciddi iqtisadi çətinliklərlə qarşılaşdığını deyib və bu səbəbdən də ruslara danışıqlar masasında oturmağı məsələhət görüb: ”Əgər Rusiya qalib gəlsəydi, o zaman Dnepr çayının o tayında, Xarkovda, Kiyevdə olardı. Amma belə deyil. Mənim Moskvaya mesajım sadədir: siz qalib gəlmirsiniz, siz uduzurunuz”.

Putinin təhlükəsizliyi ətrafında baş verən ajiotaj şübhəsiz ki, birbaşa müharibənin yol açdığı vəziyyətlə bağldır. Sülh dövründə bunlar yaşanmazdı. Kremlin baş ideoloqu sayılan Aleksandr Duqinin hələ keçən il “Çar var, amma beyin yoxdur. Ölkə başsız toyuq kimi hərəkət edir” ifadəsini işlətməsi, əslində, Putinin bacarıqsızlığına və onun strateji uğursuzluğuna işarəydi. Müharibənin gətirdiyi siyasi-iqtisadi sarsıntılar artdıqca Putinə olan münasibət heç cür statik qala bilməz və o, mütləq neqativ yön alacaq. Necə ki, alır da.

Heç şübhəsiz ki, ölkənin mühüm strateji infrastrukturlarının dağıdıcı zərbələrə məruz qaldığını və hər şeyin pisləşməyə doğru getdiyini görən elitanı rəhbərin geostrateji xəyalları yox, ilk növbədə öz gələcək müqəddəratı maraqlandıracaq. Elita uğursuzluqları gizlətmək üçün Putinin hər varianta baş vurduğunu məgər görmür? Rusiya Prezidenti müharibənin ölkəyə vurduğu ziyanları gizlətmək üçün ən radikal tədbirlərə əl atır və fikirləşir ki, Rusiya böyük ölkədir, əgər insanlar məlumat almasalar, heç nədən xəbərdar olmayacaqlar. Ona görə də Putin imzaladığı fərmanların strateji əhəmiyyət daşıdığını bəhanə gətirərək, onların 45 faizini məxfi elan edib.


Putinə qarşı hər hansı çevrilişin həyata keçirilməsi və ya buna hazırlıq görülməsi təbii ki, real ola bilər. Sözsüz ki, bunu onun özü də hiss etməmiş deyil. Putin Federal Mühafizə Xidmətinin (FTX) direktoru Dmitri Koçnevə mühafizə tədbirlərinin əhəmiyyətli dərəcədə artırlmasına göstəriş verib ki, bu da onun nədənsə bərk qorxmasının əlamətidir. Hələ bu tədbirlərdən öncə də Putin gününün çoxunu Krosnadardakı bunkerdə keçirirdi. Həmin bunkerdə Putinin Kremldəki iş kabinetinin eynisini hazırlayıblar və televizya çəkilişləri zamanı ictimaiyyətə onun guya Moskvada olması nümayiş etdirilir. Ancaq 9 may paradı ilə əlaqədar Putin bunkerdən çıxıb ictimaiyyət önündə görünmək məcburiyyətindədir.

Əlbəttə, təhlükəsizliklə bağlı məsələ təkcə Putinin bunkerdə gizlənməsi ilə bitmir, Prezidentə xidmət göstərən bütün personal da ciddi şəkildə yoxlanılır. Rusiya Prezidenti ilə işləyən heyət üzvləri FTX tərəfindən həmişə nəzarət altında saxlanılır. Prezident xidmətində olan bütün işçilərə ictimai nəqliyyatdan istifadə etmək qadağan olunub. Digər yandan, bu adamlar yalnız internetə çıxışı olmayan xüsusi telefonlardan istifadə edirlər.

Putin hamıdan, o cümlədən ən yaxın dostlarından, məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan da şübhələnir. Əgər Putində özünə qarşı sui-qəsdin olacağı şübhəsi getdikcə güclənərsə, bu, tədricən paranoyaya gətirib çıxara bilər. O zaman belə bir ağır psixoloji sindroma mübtəla olmuş birisinin prezident kimi fəaliyyəti qorxulu sonluq təhlükəsi yaradır.

Vaqif Nəsibov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri