Icma.az
close
up
RU
“Putin ordusunu hansı “sülhə“ hazırlayır?“ Zelenski kəşfiyyatın yeni detalları barədə

“Putin ordusunu hansı “sülhə“ hazırlayır?“ Zelenski kəşfiyyatın yeni detalları barədə

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"NATO Hərbi Komitəsinin yeni rəhbəri ilk səfərini Ukraynaya edərək öz dəstəyini göstərib..."

Kreml diktatoru Putin danışıqlara yox, müharibənin davamına və təkcə Ukraynaya qarşı yox, daha genişmiqyaslı döyüşlərə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalı vasitəsilə yayımladığı videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, rusiyalılar ordularını 100 mindən çox yeni əsgərlə genişləndirir. "Biz indi bilirik, bizim kəşfiyyatımız məlumat verir ki, rusiyalılar yeni diviziyalar yaradır, yeni hərbi istehsalatları inkişaf etdirir. Aydındır ki, Şimali Koreya ilə əməkdaşlıqları da genişlənməkdə davam edəcək, - prezident qeyd edib.

"Təəssüf ki, Moskva müasir müharibə texnologiyalarını həmin bölgəyə, xüsusən də pilotsuz uçuş aparatları sahəsində yayır. Bu isə sadə bir məna daşıyır: Putin nə danışıqlara, nə də sülhə hazırlaşır, o, müharibəni davam etdirməyə və təkcə bizə- Ukraynaya qarşı yox, daha geniş bir savaşa hazırlaşır. Onlar indi ordularını 100 mindən çox əsgərlə artırır", -  Zelenski vurğulayıb.

O, bildirib ki, Ukraynanın bütün tərəfdaşları bu barədə məlumatlı olmalıdır və Ukrayna bu informasiyanı paylaşmağa hazırdır. Kəşfiyyat orqanları arasında artıq müvafiq koordinasiya aparılır.

Ukrayna prezidenti NATO Hərbi Komitəsinin sədri, Kiyevə səfər etmiş admiral Cüzeppe Kavo Draqone ilə görüşdə "Ramştayn" formatında keçiriləcək növbəti toplantıya hazırlıq və həm Ukraynanın, həm də ümumi müdafiə ehtiyaclarını müzakirə etdiyini deyib.

Zelenskinin sözlərinə görə, NATO Hərbi Komitəsinin yeni rəhbərinin ilk səfərinin məhz Ukraynaya olması, "ukraynalılara dəstək məqsədi daşıyır".

"Biz birlikdə hansı təhlükələrin olduğunu və onlara qarşı hansı vasitələrlə mübarizə apara biləcəyimizi görməliyik. Burada, Avropada, hər bir ölkə öz müdafiəsini gücləndirməyə məcbur olacaq və ÜDM-in 5 faizinin müdafiəyə ayrılması məsələsi gündəlikdən çıxmayacaq", - Ukrayna prezidenti vurğulayıb.

O, həmçinin Britaniyaya Ukraynanın davamlılığına, təkcə müdafiə deyil, həm də enerji, iqtisadi və sosial dayanıqlığa dəstək üçün ayrılan vəsaitlərə görə təşəkkür edib.

Zelenski Fransa tərəfindən təqdim olunan "Miraj" qırıcılarını Ukraynanın hərbi aviasiyasının inkişafında "önəmli addım" adlandırıb. Dövlət başçısının sözlərinə görə, bu təyyarələr artıq Ukraynanın müdafiəsində iştirak edir. "Bu istiqamətdə genişlənmə olacaq", - deyə o əlavə edib. O, həmçinin F-16 təyyarələrinin Niderlanddan göndərilməsini də xatırladıb.

Sonda Zelenski Ukraynanın əsas tərəfdaşları- ABŞ, Avropa və İslam dünyası ilə görüşlərin aydın bir qrafiklə hazırlandığını bildirib. "Dəqiq tarixlər var. İşimizi davam etdirəcəyik", - prezident qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri