Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib.
Rusiya lideri müvafiq bəyanatı Müdafiə Nazirliyi rəhbərliyi və Rusiyanın müdafiə sənaye kompleksi nümayəndələri ilə müşavirədə səsləndirib.
“Hesab edəcəyik ki, bu sistemin seriyalı istehsalı ilə bağlı qərar qəbul edilib. Bəli, əslində, o, praktiki olaraq təşkil edilib”, – Putin əlavə edib.
O vurğulayıb ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem “məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək”.
Qeyd edək ki, noyabrın 21-də Rusiya qoşunları Ukraynanın şərqində Dneprdəki “Yujmaş” hərbi zavoduna kütləvi zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.
Rusiya Prezidenti öz vətəndaşlarına müraciətində Rusiyanın nüvəsiz hipersəs təchizatlı ballistik raketlə zərbə endirdiyini bildirib. \\Report.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Noyabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















