Icma.az
close
up
RU
Putin Osmanlının gizli taktikasına üz tutdu Gündəm olan detallar

Putin Osmanlının gizli taktikasına üz tutdu Gündəm olan detallar

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin İnsan Hüquqları Şurasının iclasında səsləndirdiyi fikir maraqla qarşılanıb. O, bəzən heç bir kortej olmadan, sakitcə şəhərdə gəzə bildiyini deyib. Bu açıqlama qədim dövrlərdən bəri mövcud olan bir ənənəni yenidən gündəmə gətirib. Uzun illərdir ki, Osmanlı sultanlarından tutmuş bu günün prezident və baş nazirlərinə qədər, bir çox liderin gecələr, gizli marşrutlarla paytaxt küçələrini gəzib ictimai rəyi şəxsən müşahidə etməsinə dair müxtəlif məlumatlar dolaşır. Putinin açıqlaması isə bu iddiaların təsadüfi deyil, real siyasi praktikanı ortaya qoyduğunu sübut edir. 

Tarixən və hazırda ölkə başçılarının bu cür davranışları nəyə əsaslanır? Belə vaxtlarda onların təhlükəsizliyi necə qorunur?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, tarix boyu dövlət başçılarının və hökmdarların təğyir-libas geyinərək xalq arasına çıxması, problemləri birbaşa öyrənməsi geniş yayılan ənənə olub:

“Bu, xüsusilə türk və türk-müsəlman dövlətlərinin tarixində daha çox müşahidə edilir. Xaqan və hökmdarlar sadə insan kimi geyinərək əsasən axşam saatlarında, bəzən isə günün müxtəlif vaxtlarında şəhərdə dolaşır, əhalinin dövlət siyasətindən nə dərəcədə razı və ya narazı olduğunu öyrənirdilər. Belə praktika daha çox Osmanlı və Səfəvilərdə geniş yayılıb. Osmanlı sultanları II Mehmet, Süleyman Qanuni, II Əbdülhəmid və başqaları bu üsuldan istifadə ediblər. Bununla bağlı Səfəvi hökmdarları arasında xüsusilə Şah Abbasın adı da tez-tez çəkilir, lakin digər hökmdarlar da oxşar yanaşmadan yararlanıblar”.

Faiq Ələkbərli

Tarixçi bildirib ki, Vladimir Putinin bu ənənədən danışması təsadüfi deyil:

“O, bununla həm xalqın içində olduğunu göstərməyə, həm də özünü sadə bir rus kimi təqdim etməyə çalışır. Bu isə Rusiya liderinin ictimai nüfuzunu artırmaq məqsədi daşıya bilər. Əlbəttə, belə addımlar dövlət başçısının təhlükəsizliyi məsələsini də gündəmə gətirir. Tarixdə də oxşar hallarda hökmdarların təhlükəsizliyinə görə onlara bənzəyən şəxslərdən istifadə edildiyinə dair nümunələr var. Ona görə də Putinin şəhərdə təğyir-libas dolaşması ilə bağlı məlumatlarda onun özününmü, yoxsa oxşarınınmı olduğu dəqiq deyil. Düşünürəm ki, bənzərinin olması daha inandırıcıdır. Ümumilikdə, Putin bu açıqlama ilə müəyyən tarixi ənənəyə söykəndiyini göstərir və ictimai imicini gücləndirməyə çalışır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri