Icma.az
close
up
RU
PUTİN ÖZÜÖZÜNÜ TƏKZİB ETDİ “Oreşnik” yalanı üzə çıxdı + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

PUTİN ÖZÜÖZÜNÜ TƏKZİB ETDİ “Oreşnik” yalanı üzə çıxdı + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kreml sahibi digər mübahisəli tezislər də səsləndirib

Xəbər verildiyi kimi, Vladimir Putin dünən Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edib.

“AzPolitika” xəbər verir ki, Rusiya başçısının həmin iclasda səsləndirdiyi bir çox fikir və tezislər mediada müzakirələrə və mübahisələrə səbəb olub.

Kreml nümayəndələrinin alan açıqlamalar verməsinə, təhdidlərlə çıxış etməsinə tez-tez rast gəlinir. Bunun Putun tərəfindən də təkrarlanması isə Rusiya rəhbərliyinin öz təbliğatını hansı prinsip və meyarlar üzərində qurduğunu bir daha göstərmiş olur.

Məsələn, Putin sözügedən son iclasda gecə-gündüz təbliğatçıların və onun özünün təriflədiyi “Oreşnik” raketi barədə danışıb. Növbəti dəfə bu raketi tərifləyən Rusiya başçısı sonda deyib ki, “Oreşnik”-in kütləvi, seriya istehsalına başlamaq lazımdır: “Yaxın müddətdə Rusiyanın və onun müttəfiqlərinin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün belə komplekslərin seriya istehsalını təşkil etmək lazımdır”.

Yəni, bundan sonra “Oreşnik”-in seriya istehsalı gözlənilir. Lakin məsələ ondadır ki, Putin elə həmin “Oreşnik”-lə hələ noyabrın 21-də Dneprə zərbə endiriləndən dərhal sonra bu raketin artıq seriya şəkilndə istehsal edildiyni bəyan etmişdi: “”Oreşnik”-in seriya istehsalı başlayıb”.

Putinin özü-özünü təkzib etməsinə ilk dəfə deyil ki, rast gəlinir. Ukraynaya qarşı işğalçılıq müharibəsindən əvvəl səsləndirdiyi fikirlərin, vədlərin bir çoxu sonradan onun özü tərəfindən dəflərlə təkzib edildi, yalan bəyanatlar verildi.

Sözügedən kollegiya iclasında Putinin digər maraqlı bəyanatları da olub. Onlardan bir neçəsi xüsusilə diqqət cəlb edir: “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması Rusiya xalqına qarşı cinayətdir”.

Bunu müstəqil, suveren dövlət olan qonşu Ukraynanın beynəlxalq birlik tərəfindəın tanınan ərazilərinin 20 faizini işğal etmiş, dinc şəhərlərini bombalamış, yüz minlərlə ukraynalının ölümünə, milyonlarla insanın qaçqın düşməsinə, faciəsinə səbəb olan və bu işğala birbaşa əmr verən şəxs deyir…

Putinin digər açıqlamalarında deyilir:

-“Rusiyada insanlar könüllü olaraq cəbhəyə gedirlər”.

-“Rusiya dövləti və xalqı ölkənin təhlükəsizliyini və gələcəyini təmin etmək üçün Silahlı Qüvvələrə əlindən gələn hər şeyi verir”.

-“Bu il hər gün orta hesabla 1000-dən çox insan müqavilə ilə hərbi xidmətə gedib”.

-“Rusiya 2024-cü ildə xüsusi əməliyyat çərçivəsində 189 yaşayış məntəqəsini azad edib.”

-“Qərb dünyaya öz qaydalarını tətbiq etməyə davam edir, lakin onun özü üçün yalnız bir qayda var - qaydalar yoxdur.”

-“Qərb Rusiyanı “qırmızı cizgiyə” çəkir”.

-“Avropadakı Amerika qoşunlarının sayı 100 min nəfəri keçib”.

-“Qərb ölkələrinin hakimiyyətləri öz əhalisini Rusiya ilə qorxudur.”

-“Ukrayna və Rusiyanın bütün bəlaları Kiyevdəki qanlı çevrilişdən sonra başlayıb”.


Həmin iclasda Rusiya Müdafiə naziri Andrey Belousov da çıxış edib. Onun açıqlamalarında da şişirdilmiş məqamlar kifayət qədər olub:

-“Xüsusi Hərbi əməliyyat başlayandan bəri Kiyevin itkiləri təxminən bir milyon nəfər təşkil edib”.

-“Təkcə Kursk avantürasında Ukrayna Silahlı Qüvvələri 40 mindən çox hərbi qulluqçusunu itirib”.

-“Bu il Rusiya Silahlı Qüvvələri təxminən 4,5 min kvadrat kilometr ərazini azad edib”.

-“2024-cü ilin əvvəlindən indiyədək 427 mindən çox insan müqaviləli xidmətə daxil olub”.

Yeri gəlmişkən, Putin təkcə özünün deyil, Dmitri Medvedevin də bəzi açıqlamalarını təkzib edib. Məsələn, Medvedev təkcə 2023-cü ildə 420 min Rusiya vətəndaşının Ukrayna müharibəsində iştirak etmək üçün orduya qoşulduğunu demişdi. Putin və Belousov isə son çıxışlarında 2023-cü ildə 300 min, 2024-cü ildə 427 min nəfərin müharibəyə cəlb edildiyini deyib…

Video linkdə: https://www.facebook.com/belsat.ru/videos/11159452...

C.Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri