Icma.az
close
up
RU
SƏNSİZ YAMAN DARIXMIŞAM....

SƏNSİZ YAMAN DARIXMIŞAM....

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

SƏNSİZ  YAMAN  DARIXMIŞAM....


(Sevilən şairəmiz Sailə Pənah haqqında esse)
BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM-Vətənini, Dövlətini, Elini, Obasını sevən, ona varlığı ilə bağlı olan vətənpərvər, mübariz , mətin... Mərhəmətli, inamlı, imanlı, qürurlu , səmimi , geniş qəlbli , ailə, qohum, dost canlı...

BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Sevilən nəğməkar şairəmiz Sailə Pənah. Şeirləri insan ruhunun, ülvi hisslərinin aynasıdır. Duyğuları, misraları dağ şəlaləsi kimi çağlayır, bulaqlar kimi qaynayır. Qələmi , sözü qəlbi kimi safdır, təmizdir, şəffafdır. Xurşud Banu Natəvan, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə , Mədinə Gülgün, Hökumə Billuri ədəbi və poetik irsin parlaq davamçısıdır. Öz poetik izi, yolu, sözə fəlsəfi yanaşma tərzi, baxış bucağı ilə seçilən şairədir. Qələminin hərəkət dinamikası özəldir.

BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Körpə yaşlarında nur üzlü anasını itirdi Sailə xanım. Analı uşaqlar ana sevinci yaşayanda körpə Sailə zəhmətə qatlaşaraq bacı qardaşlarını böyüdürdü, qayğılarını çəkirdı.Gözləri yollardan çəkilmirdi. Ümidlə bir zamanlar qızının zərif əllərindən tutan birgə gəzdikləri yollara baxaraq deyirdi- Anam gələr, indicə gələr. Bu minvalla günləri günlərə, ayları aylara calayırdı. Qəlbindəki nəğmələri dondurdu. Yanağından süzülən göz yaşları ilə anasına layla çalırdı. Atası Pənah əmi balaca Sailənin yaşadıqlarını görürdü. Onu ovutmaq üçün saçlarına sığal çəkirdi. Sözü ilə , avazı ilə qızına şeirlər söyləyirdi. Ancaq atasının aldığı hədiyyələr , söylədiyi şeir və aşıq mahnıları balaca Sailəni ovutdura bilmirdi. Axı o anasına çox bağlı idi...

BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Əsl həyat məktəbidir. Məsləhət və tövsiyyələri insanlarda özünəgüvən yaradır,öz dəyər və qiymətini bilməyə, özünü sevməyə, ətrafını dərindən tanımağa, yanılmamağa, düzgün seçimə səsləyir. Qarabağ müharibəsi iştirakçısı, qazisidir. Döyüşçü yoldaşlarının qeyrətli bacısıdır. Dost seçəndə onun insani keyfiyyətlərinə, düzgünlüyünə üstünlük verir. Yalana qarşı barışmazdır. Dostunun sevincli və kədərli günündə yanındadır. Onların sevincini sevinci, kədərini kədəri kimi qəbul edir.

BİR AZƏRBAYCAN XANIMI TANIYIRAM- Sözlərinə ilk mahnını bəstəkar-müğənni Arif Səlimov bəstələyib.Aranjeman dəyərli Ağasi bəyə aid “Kaş ki...” adlı mahnı dillərdə əzbər olub.Əməkdar artistlər Zakir Əliyev Elnarə Abdullayeva, Mətanət Əsədova da Sailə xanımın şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Xəzər Süleymanlı şairənin şeirlərini səsləndirib.
... Sailə xanım haqqında çox şeyləri qələmə ala bilərəm. Ancaq ruhumun söylədikləri bu qədər oldu.
Uğurlar Sizə Sailə xanım.
Alim Nəbioğlu, Arif Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 05 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri