Putin Paşinyanı Moskvaya çağırdı: “Gəlsin, söhbət edək”
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı İrəvanın Avropa İttifaqı ilə inteqrasiya və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak arasında edəcəyi gələcək seçimi ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bişkekdə jurnalistlərə açıqlama verən Rusiya lideri bildirib ki, bu məsələnin hökumət mütəxəssisləri ilə birlikdə sakit şəkildə, hər bir bənd üzrə müzakirə olunması vacibdir:
"Mən onu Moskvaya dəvət etdim ki, tələsmədən, təkbaşına və həm onun, həm də bizim hökumət mütəxəssislərimizlə otursun və hər bir bəndi bir-bir nəzərdən keçirək. Orada konkret məsələlər də var – məsələn, dəmir yolu".
Putin qeyd edib ki, Ermənistanın xarici iqtisadi kursunun mümkün dəyişdirilməsi müzakirə olunarkən ölkənin Aİİ-də iştirakının üstünlükləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, respublika bu birgə təşkilat çərçivəsində əhəmiyyətli güzəştlər əldə edir və burada söhbət təkcə enerji daşıyıcılarının qiymətlərindən getmir.
Xatırladaq ki, Rusiya prezidenti bundan əvvəl də Ermənistanın Aİ ilə mümkün yaxınlaşmasını təmkinlə müzakirə etməyə hazır olduğunu bildirmiş, lakin iki birliyin qaydaları arasındakı fərqlərə və Ermənistan iqtisadiyyatı üçün yarana biləcək nəticələrə diqqət çəkmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Sentyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















