Icma.az
close
up
RU
Putin Paşinyanla bağlı qərar verdi 3 hədəf var, 2 il sonra...

Putin Paşinyanla bağlı qərar verdi 3 hədəf var, 2 il sonra...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kremlin daxili siyasət blokunun yeni problemi Ermənistana nəzarətlə bağlıdır. Rusiya Federasiyası Prezidentinin Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və onun tabeliyindəki şəxslər indi Ermənistanda informasiya işinə cavabdehdirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vedemosti” qəzetinin məqaləsində qeyd olunur.

Məlumata görə, Kiriyenko bundan əvvəl Kremlin Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbass və Moldova siyasətinə də rəhbərlik məsələsini üzərinə götürüb. Prosesdə əsas məqsəd yumşaq güc mexanizmləri vasitəsilə Rusiyanın maraqlarını irəli aparmaqdır.

Qəzetin əldə etdiyi məlumata görə, Moskva Ermənistanda seçkilərin təşkilini planlaşdırmır:

“Parlament seçkilərin keçirilməsinə iki il qalıb, Kreml gündəmin müəyyənləşdirilməsi və prosesə təsir imkanlarının maliyyələşdirilməsinə fokuslanıb. Rusiya hakimiyyəti İrəvanın getdikcə daha çox Qərbə yaxınlaşmasından narahatdır ki, bu da Moskvanın geosiyasətinə təhlükə hesab olunur.

Ermənistanla bağlı işləri prezident administrasiyasının üç strukturu həyata keçirir: Andrey Yarinin rəhbərliyi ilə daxili siyasət bölməsi, Aleksandr Xariçevin rəhbərliyi ilə sosial proseslərin monitorinqi və təhlili və  Sergey Novikovun rəhbərliyi ilə ictimai layihələr bölmələri”.

Nəşr yazır ki, Kremldəki mənbələrin bildirdiyinə görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə yenidən seçiləcək və tam qələbə qazanacaq:

“Çünki Ermənistanda əvvəlki kimi rusmeyilli qüvvələr yoxdur, sadəcə keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan qalıb. Lakin ümumilikdə Moskvanın bu ölkəyə təsir imkanları çox zəifləyib. Bu səbəbdən Kreml İrəvanda hakimiyyəti dəyişməyi deyil, təsir imkanlarını saxlamağı və daha da gücləndirməyi hədəfləyir”.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri