Icma.az
close
up
RU
“Putin qorxu və şübhə yaratmaq istəyir”: Alman kəşfiyyat Xidmətinin rəhbəri

“Putin qorxu və şübhə yaratmaq istəyir”: Alman kəşfiyyat Xidmətinin rəhbəri

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alman Kəşfiyyat Xidməti (BND) rəhbəri Kahl ARD-nin “Həftənin Müsahibəsi”ndə real təhlükələr barədə müsahibə verib.

Gununsesi.info xəbər verir ki, o, müsahibədə Putin, ümumilik Rusiya haqqında danışıb.

Onun sözlərinə görə, Putin “cəmiyyətimizi qarışdırmağa” çalışır.

“Rus hücumlarından qorxu böyükdür – həm də burada, Almaniyada”,- deyə o, əlavə edib.

Müsahibədə həmçinin bir sıra başqa məsələlərə toxunulub.

Belə ki, Kahl DHL yük təyyarəsinin qəfil qəzaya uğraması, o cümlədən bir müddət əvvəl Leypsiqdə DHL tərəfindən daşınması nəzərdə tutulan yandırıcı maddənin alışması və bütün bunların fonunda rus diversiyasından şübhələr barədə deyib:

“Bu şübhə dərhal yaranmalı idi, çünki əvvəlki məlumatlardan bu ehtimal mövcud idi. Lakin araşdırmalar tamamlanmayana qədər bu istiqamətdə konkret bir şey deyə bilmərik. Mənim bildiyim qədər, mütəxəssislər hadisə yerindədir və xarici həmkarlarla birlikdə araşdırmalar aparırlar: bu məsələnin tam aydınlaşdırılması üçün hər şey edilir. İndiyə qədər bu istiqamətdə baş verən konkret bir hadisəyə dair məlumat yoxdur.” 

Kahl həm də onu qeyd edib ki, “Ümumilikdə belə bir nəticəyə gəlirik ki, Rusiyanın təcavüzləri yalnız Ukrayna döyüş meydanında baş vermir. Bir çox tədbir var ki, Rusiya Qərbə təsir etməyə çalışır. Buraya casusluq, kiberhücumlar, həmçinin diversiya və diversiya aktlarına hazırlıq da daxildir. Buna görə də biz bu kontekstdə baş verə biləcək heç bir şeyi istisna edə bilmərik – bu, Almaniyada və digər Avropa ölkələrində ölümcül nəticələrə səbəb ola bilər.”

Kahl eyni zamanda bu cür hadisələrin baş verməyin nəticələrindən də danışıb:

O bildirib ki, “belə bir qəza baş verməsə belə, təkcə bununla hədələmək də insanları narahat edir və məsələn, Ukraynaya nə dərəcədə dəstək göstərilməli olduğu ilə bağlı müzakirələri gücləndirir. Bu, məhz Putinin məqsədidir. O, cəmiyyətimizi qarışdırmaq, şübhə və qorxu yaymaq, nəticədə siyasəti Ukraynaya dəstəyi azaltmağa məcbur etmək istəyir.”

“Rusiyanın və Putinin bu məsələlərdə marağı nə ola bilər?” sualına isə Kahlın cavabı onun fikirlərinin Almanyada yayılmasına xidmət edənləri gücləndirmək ibarət olduğunu bildirib:

“Məqsəd cəmiyyətimizin mərkəzində məsuliyyət daşıyanları gözdən salmaq və kənarda fəaliyyət göstərənləri, xüsusilə Putinin təbliğatına aldanan və onun fikirlərinin burada Almaniyada yayılmasına xidmət edənləri gücləndirməkdir.”

Kahl müsahibədə son olaraq İŞİDlə bağlı məsələlərə də aydınlıq gətirib. O, İŞİDin yenidən güclənməsini təəssüflə qeyd edib:

“Bəli, təəssüf ki, İŞİD yenidən güclənməkdədir. Amma indi o, biz onu birgə qüvvələrlə məğlub etdiyimiz dövrdəki kimi deyil. Yəni ərazilərə nəzarət edən, xəlifəlik, İslam Dövləti kimi bir quruluş yaratmağa çalışan formada deyil. Amma bu təşkilatın strukturları yenidən o qədər güclüdür ki, terror ixrac etmək, insanları dünya üzrə hücumlara təşviq etmək, müttəfiqlər tapmaq və konkret olaraq Avropada hücumlar təşkil etmək iqtidarındadır.

Biz bir yay idman mövsümü yaşadıq – Almaniyada Avropa Çempionatı və Fransada Olimpiya Oyunları keçirildi, burada böyük hücumlar – çox şükür ki – baş vermədi. Amma bu, asan bir iş deyildi. Bu, böyük səylər tələb etdi.

Biz həmçinin İŞİD və Əl-Qaidənin çox aktiv olduğunu açıq şəkildə görürük.”

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri