Icma.az
close
up
RU
Putin səhv hesabladı...

Putin səhv hesabladı...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Si Cinpin “Sibir Gücü 2” ilə Rusiyadan imtina edir...

...Rusiya lideri Putin Pekinə səfəri zamanı “Sibir Gücü 2” qaz kəməri ilə bağlı razılığa gəlməyə ümid edirdi, lakin əliboş qayıtdı.

SİA-nın məlumatına görə, “Foreign Policy” xəbər verir ki, Çin lideri Si Cinpin layihəni təsdiqləməkdən imtina edir və Çin üçün daha əlverişli şərtlərdə israr edir.

Qeyd edək ki, Rusiya Avropa bazarının əhəmiyyətli bir hissəsini itirdikdən sonra bu boru kəmərinə çox ehtiyac duyur. Kreml ümid edirdi ki, Hörmüz boğazının blokadası və mayeləşdirilmiş təbii qazla əlaqəli artan risklər nəticəsində yaranan enerji böhranı Pekini mövqeyini yumşaltmağa məcbur edəcək.

Lakin Çin Moskvanın daha az alternativinin olduğunu bilərək daha aşağı qiymətlərdə və əlverişli müqavilə şərtlərində israr etməyə davam edir.

Çin hakimiyyəti Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra baş verənləri xatırlayır.

“Sibir Gücü 1” layihəsi ilə bağlı danışıqlar illərlə uzandı, ta ki Putin nəhayət qiymətlərin endirilməsinə razılaşdı və Qərblə münasibətlər pozulduqdan sonra boru kəməri infrastrukturunun əksəriyyətini özü ödədi.

Məqalədə həmçinin qeyd olunur ki, Moskva ilə Pekin arasındakı balanssızlıq struktur xarakter alır.

Rusiyanın raket və dron istehsalı əsasən Çin avadanlıqlarına, elektronikasına və ikili təyinatlı komponentlərə əsaslanır.

Çin şirkətləri həmçinin 2022-ci ildən sonra Rusiyanı tərk edən xeyli sayda Qərb korporasiyasını əvəz ediblər.

Əvvəllər Volkswagen və digər xarici şirkətlərə məxsus zavodlar indi Çin məhsullarını rus tərəfdaşları ilə birlikdə yığır.

Hətta Rusiyanın özündə belə, Çinin kiçik tərəfdaşı olmaqla bağlı narahatlıqlar artır. Rusiya rəsmiləri və biznes elitası açıq şəkildə xəbərdarlıq edir ki, Pekindən asılılıq onların gələcək manevr imkanlarını məhdudlaşdırır.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 May 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri