Tramp Putin və Si Cinpinlə hansı mövzuları müzakirə edəcək? Açıqladı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə nüvəsizləşdirmə, İran və Ukrayna məsələlərini müzakirə edəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Trampın çıxışının səs yazısı “C-Span” portalında dərc edilib.
“İranla çox yaxşı iş görürük, amma bir az İran haqqında danışacağıq. Ən sevdiyim mövzu: Ukrayna haqqında danışacağıq”, - Tramp qeyd edib.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti 2026-cı il noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Putin, Tramp və Çin prezidenti Si Cinpin arasında görüş noyabrın 19-da APEC sammiti çərçivəsində keçiriləcək. “Reuters” agentliyinin məlumatına görə, Çin bu görüşdə Rusiya-Ukrayna münaqişəsinin müzakirəsinə qarşı çıxır. Nəşrin məlumatına görə, Pekin hesab edir ki, bu məsələ birbaşa Moskva və Vaşinqton arasında müzakirə olunmalıdır.
Agentlik izah edib ki, Vaşinqton Rusiya və Çin arasında yeni nüvə silahlarına nəzarət sazişinin bağlanmasına diqqət yetirmək niyyətindədir. “South China Morning Post” qəzetinin yazdığına görə, müzakirə mövzularından biri də nüvə silahlarına nəzarət sistemlərində süni intellektin istifadəsinin məhdudlaşdırılması ola bilər.
Bu mövzuda digər xəbərlər:Tramp Si Cinpinlə nəyi müzakirə edəcək? Açıqladı
12 May 2026 11:16
Tramp Si Cinpinlə nəyi müzakirə edəcəyini açıqladı
24 Sentyabr 2026 16:34
Tramp Si Cinpinlə görüşün dəqiq tarixini açıqladı
03 Sentyabr 2026 01:00
Putin Si Cinpinlə görüşəcək
06 May 2025 22:54
Putin Si Cinpinlə danışdı
04 Fevral 2026 13:35
Baxış sayı:122
Bu xəbər 16 Noyabr 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















