Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Putin sonrası ssenari: Kremlin daxilində səssiz transformasiya

Putin sonrası ssenari: Kremlin daxilində səssiz transformasiya

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son günlər Rusiya siyasi elitası ilə bağlı yayılan informasiyalar Kremlin daxilində ciddi proseslərin getdiyini göstərir. Xüsusilə Vladimir Putinin mümkün istefası ilə bağlı yayılan qeyri-rəsmi siqnallar, Qərb mediasında və analitik dairələrdə geniş müzakirələrə səbəb olub.

Məsələ təkcə lider dəyişikliyi ehtimalı deyil, daha çox Rusiya siyasi sisteminin hansı istiqamətə transformasiya edəcəyi ilə bağlıdır.

Müstəqil tədqiqatçı Leonid Raqozinin də vurğuladığı kimi, əgər Ukrayna ilə müharibə müəyyən siyasi nəticə ilə yekunlaşarsa, bu, Kremlin daxili siyasi arxitekturasında dönüş nöqtəsinə çevrilə bilər. Bu ssenariyə görə, Vladimir Putin həmin mərhələdə tarixi missiyasını tamamladığını düşünərək geri çəkilə bilər. Bu addım məğlubiyyət deyil, əksinə, “nəzarət altında keçid” modelinə uyğun planlaşdırılmış siyasi gediş kimi təqdim edilə bilər.

Maraqlıdır ki, Putin bu müddətdə Federal Məclis qarşısında çıxış etməyib. Bu fakt siyasi baxımdan təsadüfi deyil. Kreml açıq şəkildə prosesin nəticəsini gözləyir və yalnız yekun siyasi konfiqurasiya formalaşdıqdan sonra ictimaiyyətə müraciət etməyi planlaşdırır. Bu, Rusiyada hakimiyyətin impulsiv deyil, mərhələli şəkildə idarə olunduğunu göstərir.

Hazırkı mərhələdə Kremlin əsas hədəfi daxili sabitliyi qorumaqdır. Qərb üçün daha qəbulolunan, sistem daxilindən çıxan, amma radikal olmayan bir fiqurun önə çəkilməsi ehtimalı getdikcə güclənir. Bu kontekstdə Dmitri Kozak kimi adların mediada hallanması təsadüfi deyil. O, Qərblə dialoqa açıq, lakin eyni zamanda Kreml sisteminin içindən gələn fiqur kimi qəbul edilir. Belə fiqur həm daxili elitaları, həm də xarici aktorları qismən qane edə bilər.

Burada əsas məsələ Rusiyanın gələcək siyasi kursudur. Əgər müharibə sonrası mərhələdə liberalizasiya meyilləri güclənərsə, bu, daha çox taktiki yumşalma xarakteri daşıyacaq. Yəni sistem dəyişmir, sadəcə daha çevik və adaptiv forma alır. Bu isə Qərblə münasibətlərin müəyyən dərəcədə normallaşmasına zəmin yarada bilər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Kremlin atacağı istənilən addım Rusiya daxilindəki güc balansına bağlıdır. Siloviklər, texnokratlar və iqtisadi blok arasında razılaşma olmadan real dəyişiklik mümkün deyil. Buna görə də Putinin mümkün gedişi ani qərar yox, uzun müddət hesablanmış siyasi konstruksiyanın nəticəsi ola bilər.

Nəticə etibarilə, hazırkı proseslər Rusiyada siyasi transformasiyanın başlandığını göstərsə də, bu dəyişiklik inqilabi deyil, təkamül xarakterlidir. Putin dövrünün başa çatması ehtimalı müzakirə olunsa da, bu, sistemin çökməsi deyil, yeni fazaya keçidi kimi görünür. Kremlin əsas məqsədi isə dəyişiklikləri nəzarətdə saxlamaq, daxili sabitliyi pozmadan beynəlxalq manevr imkanlarını qorumaqdır.

Bu mənada Rusiya siyasi səhnəsində baş verənlər təkcə bir liderin gələcəyi deyil, bütövlükdə postmüharibə dövrünün konturlarının necə formalaşacağını müəyyənləşdirən prosesdir.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri