“Putin sülhdən imtina edərsə, Rusiyaya sanksiya təbiq edəcəyik” Tramp AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
“Vladimir Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edərsə, Ağ Ev Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər”.
“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp deyib.
Administrasiyasının Ukraynaya silah satışını da nəzərdən keçirdiyini deyən Tramp, Avropa İttifaqının Ukraynaya daha çox yardım etməli olduğuna inandığını vurğulayıb.
"Biz Volodimir Zelenski ilə danışırıq, çox yaxında prezident Putinlə danışacağıq", - Donald Tramp bildirib.
Prezident kimi fəaliyyətə başladıqdan bir neçə saat sonra jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, Putin Rusiyanı məhv edir və işləri o qədər də yaxşı getmir. Qərb şərhçiləri qeyd edirlər ki, bu, Donald Trampın Vladimir Putinə qarşı ən sərt tənqidi bəyanatlarından biridir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 22 Yanvar 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















