Icma.az
close
up
RU
Putin Trampla danışdıqdan sonra Kiyevi bombalamağa başladı

Putin Trampla danışdıqdan sonra Kiyevi bombalamağa başladı

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Vladimir Putinin Donald Trampla söhbəti zamanı sülh arzusu ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiya Ukraynanın mülki infrastrukturuna hücumları davam etdirir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısı rəsmi Telegram kanalında qeyd edib ki, martın 19-na keçən gecə Ukrayna səmasında 40-a yaxın “Şahid” var, hava hücumundan müdafiə sistemi işləyir. “Şahid” birbaşa Sumıdakı xəstəxanaya, Donetsk vilayətindəki şəhərlərə zərbələr endirib. PUA-lar hazırda Kiyev, Jitomir, Sumi, Çerniqov, Poltava, Xarkov, Kirovohrad, Dnepropetrovsk və Çerkassı vilayətlərinin səmalarındadır.
 

Məhz Rusiyanın bu gecə hücumları bizim enerjimizi, infrastrukturumuzu və ukraynalıların normal həyatını məhv edir. Bu gecənin də istisna olmaması onu göstərir ki, biz sülh naminə Rusiyaya təzyiqləri davam etdirməliyik. Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etdi”.


Xatırladaq ki, çərşənbə axşamı, martın 18-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Əsas mövzu Ukrayna müharibəsi olub. Trampla danışıqlardan sonra Putinin mətbuat xidməti bəyan edib ki, Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən çəkinməyi təklif edib.
“Vladimir Putin bu təşəbbüsə müsbət cavab verdi və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verdi”, - Kremlin bəyanatında deyilir.
Ancaq buna baxmayaraq Rusiyanın Ukraynaya hücumları səngimir.
Donald Tramp və Vladimir Putin arasında telefon danışığından dərhal sonra hava hücumu həyəcanı zamanı Kiyevdə partlayış səsləri eşidilib və Ukrayna paytaxtının hava hücumundan müdafiə qüvvələri Rusiyanın pilotsuz təyyarələrinə atəş açıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see392

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see284

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see251

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see245

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see240

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see238

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see237

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see235

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see226

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see221

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see219

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see213

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see211

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see203

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see200

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see198

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see194

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see192

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see188

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri