Icma.az
close
up
RU
Putin Ukraynada atəşkəslə razılaşadı, şərtlərini açıqladı

Putin Ukraynada atəşkəslə razılaşadı, şərtlərini açıqladı

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib.

Bu barədə Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya atəşkəs təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

Putin qeyd edib ki, Rusiya Ukrayna ilə 30 günlük atəşkəsin tərəfdarıdır, lakin Kursk vilayəti də daxil olmaqla, nüanslar var:

“Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? 2 min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək?
Hərbi əməliyyatların dayandırılması əmrini kim verəcək və bu məsələlərin qiyməti nədir? Bu razılaşmanı pozmaqda kim kimi günahlandıracaq? İdeyanın özü düzgündür, amma müzakirə etməli olduğumuz məsələlər var”, – Rusiya lideri qeyd edib.

Putin Trampla məlum məsələni telefonla müzakirə edəcəyini istisna etməyib.

Rusiya prezidenti Ukraynada 30 günlük atəşkəs haqqında isə bunları deyib:

“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin biz ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın.
Ukraynanın hərbi əməliyyatları dayandırmağa hazır olmasına gəldikdə isə… Bilirsiniz, Səudiyyə Ərəbistanında Amerika-Ukrayna görüşü zahirən Ukrayna tərəfinin Amerikanın təzyiqi altında verdiyi qərara bənzəyir. Əslində, mən tamamilə əminəm ki, Ukrayna tərəfi, bayaq deyildiyi kimi, yerdə yaranan vəziyyətə əsaslanaraq, bunu amerikalılardan ən təkidli şəkildə istəməli idi”.

Putin Trampa Ukraynadakı vəziyyətin həllinə göstərdiyi diqqətə görə təşəkkür edib.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Mart 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri