Putin və Paşinyan MDB sammitində fikir ayrılığına düşüb
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Düşənbədə keçirilən MDB sammitində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli ticarət dövriyyəsi ilə bağlı fikir ayrılığı yaranıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Ermənistan Baş nazirinə “Ermənistanla ticarət dövriyyəmiz nə qədər artıb?” - deyə sual ünvanlayıb.
“Bu il artıq 4 milyard dollardır”, - deyə Ermənistanın Baş naziri cavab verib.
“Xeyr”, - deyə Rusiya Prezidenti bununla razılaşmayıb.
“Daha çox”, - o bildirib.
“Keçən il təxminən 9 milyard idi”, - deyə Paşinyan sözünü düzəltməyə çalışıb.
“Daha çox”, - deyə Putin əlavə edib.
“Keçən il daha çox idi, bu il də daha çox olacaq. Bu, sadəcə olaraq, göz qabağındadır”, - Putin bildirib.
Qeyd edək ki, Moskvanın rəsmi məlumatına görə, Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 2024-cü ildə ciddi artım nümayiş etdirərək 11,7 milyard dollara çatıb.

Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb
26 Dekabr 2024 19:46
Putin MDB sammitində Paşinyanla mübahisə etdi VİDEO
10 Oktyabr 2025 12:28
Paşinyan MDB sammitində: Uzunmüddətli münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülh yarandı
10 Oktyabr 2025 12:53
Putin MDB sammitində Aktaudakı təyyarə qəzası barədə danışıb
25 Dekabr 2024 14:56

