Putin və Si Cinpin bu tarixdə görüşə bilər
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində görüş keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin G20 və APEC üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdiyev bildirib.
Diplomat həmçinin bildirib ki, Rusiya tərəfi Çinlə dövlət liderləri səviyyəsində ikitərəfli görüş planlaşdırır.
Qeyd edək ki, 19-20 may tarixlərində Putin Pekinə səfər edib və Çin Prezidenti Si Cinpinlə ilə danışıqlar aparıb. Görüşdən sonra Moskva və Pekin 42 sənəd imzalayıblar. Bunlara hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi, mehriban qonşuluq, dostluq və əməkdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat, eləcə də çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin formalaşdırılması haqqında bəyannamə daxil olub.
Bu mövzuda digər xəbərlər:Tramp, Putin və Cinpin görüşə bilər
18 İyul 2025 18:37
Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər
07 Sentyabr 2025 05:14
Tramp və Si Cinpin bu tarixdə GÖRÜŞƏCƏK
29 Oktyabr 2025 11:40
Si Cinpin Kremldə Təkbətək görüşə gəldi
08 May 2025 11:45
Si Cinpin Trampı görüşə dəvət edib
13 Avqust 2025 13:54
Baxış sayı:113
Bu xəbər 15 İyun 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















