Icma.az
close
up
RU
Putin və Sin Cinpin Paşinyandan onlara beyət etməsinə ciddi işarə gözləyirlər?..

Putin və Sin Cinpin Paşinyandan onlara beyət etməsinə ciddi işarə gözləyirlər?..

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Kreml Ermənistandakı 7 iyun seçkilərində Paşinyan başda olmaqla Qərb, Amerika, Avropa meyilli qüvvələrin yox, Robert Köçəryan, Samvel Karapetyan, Qagik Tsarukyan kimi rusiyapərəst, həmçinin Azərbaycan və Türkiyəyə qarşı revanşist, irqçi xislətli qüvvələrin qalib gəlməsini hədəf seçmişdi. Amma...”

“Ermənistanın Çinlə münasibətləri Rusiya ilə münasibətlərə nisbətdə normaldır... Və ilk baxışdan Si Cinpinin Paşinyanı qələbnə münasibətilə təbrik etməməsi təəccüblü görünür. Lakin...”

Ermənistanın baş naziri Nikol Paşinyan, onun komandası və lideri olduğu partiyanın son parlament seçkilərindəki qələbəsindən artıq 50 günə yaxın vaxt ötməsinə rəğmən istər onun ilk səfərini etdiyi Rusiyanın prezidenti V.Putin, istərsə də Çin lideri Sin Cinpin ermənistanlı həmkarlarını təbrik etməyib. Sözügedən səsvermə öncəsi və sonrasında Rusiya, Ermənistanın Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına etiraz olaraq İrəvana qarşı səfirini geri çağırmaq və kənd təsərrüfatı məhsullarına embarqo qoymaq kimi ciddi iqtisadi və siyasi təzyiqlər tətbiq edib. Seçkidən bir ay sonra, iyulun 6-da Paşinyan Rusiyaya səfər edərək iki ölkə arasındakı problemli məsələləri normallaşdırmağa çalışsa da, Kremldən gələn soyuq və praqmatik münasibət gərginliyin hələ də qaldığını nümayiş etdirir. Hazırda tərəflər regional şəraitə uyğun olaraq münasibətləri yenidən nəzərdən keçirmə mərhələsinə daxil olublar və Rusiya Ermənistanı siyasi loyallığa məcbur etmək üçün enerji rıçaqlarından istifadə etməyə davam edir.

Ermənistan və Çin 31 avqust 2025-ci il tarixində strateji tərəfdaşlıq quraraq diplomatik və iqtisadi münasibətlərini yeni mərhələyə daşımışdır. Rusiyadan asılılığı azaltmaq istəyən İrəvan, "Bir kəmər, bir yol" çərçivəsində Pekinlə əlaqələri gücləndirərək ŞƏT ilə yaxınlaşır. Ticarət dövriyyəsinin 2.2 milyard dolları keçdiyi şəraitdə Çin Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib. Vizasız rejim və infrastruktur layihələri (o cümlədən Çin elektromobilləri) iki ölkə arasında turizm və iqtisadi əməkdaşlığı sürətləndirib...

Bəs görəsən, əsasən hansı səbəblərdən Rusiya və Çin rəhbərliyi Ermənistan liderini seçkilərdə növbəti qələbə münasibəti ilə təbrik etmirlər? Bəlkə Putin və Sin Cinpin Avropa və ABŞ yönümlü inkişaf yolu seçmiş Paşinyandan İslam təbirincə desək, onlara beyət etməsinə ciddi işarə gözləyirlər?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri səsləndirib:

“Rusiyanın, onun lideri Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanı təbrik etməməsinin əsas səbəbi bəllidir. Belə ki, Kreml və konkret olaraq Putin Ermənistandakı 7 iyun seçkilərində Paşinyan başda olmaqla Qərb, Amerika, Avropa meyilli qüvvələrin yox, Robert Köçəryan, Samvel Karapetyan, Qagik Tsarukyan kimi rusiyapərəst, həmçinin Azərbaycan və Türkiyəyə qarşı revanşist, irqçi xislətli qüvvələrin qalib gəlməsini hədəf seçmişdilər. Lakin bütün siyasi və maddi səylərinə rəğmən son parlament seçkilərində Paşinyan və onun komandası qalib gəldi. Bu isə Ermənistanın bir Cənubi Qafqaz ölkəsi kimi  Qərbə inteqrasiya prosesini gücləndirməsi və gələcəkdə Rusiyanın orbitindən tamamilə uzaqlaşması demək idi. Və təbii ki, Putinin Paşinyanı təbrik etməməsinin əsas səbəbi də budur...

Ermənistanın Çinlə münasibətləri Rusiya ilə münasibətlərə nisbətdə normaldır. Qeyd etdiyiniz kimi, Ermənistan və Çin  2025-ci ilin avqustunda strateji tərəfdaşlıq quraraq diplomatik və iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi yolunu tutublar. Və ilk baxışdan Si Cinpinin Paşinyanı qələbnə münasibətilə təbrik etməməsi təəccüblü görünür. Lakin iri dövlətlərin özlərindən kiçik  dövlətlərlə gerçəklikdə necə münasibət bəslədikləri məlumdur. Bu mənada ola bilsin, sizin sualınızda səslənən ehtimalın da doğru olması mümkündür. Yəni Putin də, Si Cin Paşinyanın onlara beyət etməsini gözləyirlər...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyul 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri