Icma.az
close
up
RU
Putin və Tramp Bakıda görüşəcək?

Putin və Tramp Bakıda görüşəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı Putin-Tramp görüşünə ev sahibliyi edə bilər. 

Rusiyanın “Telegram” kanallarında yayılan məlumata görə, 2025-ci ilin yanvarın 25-də ABŞ-nin prezident səlahiyyətlərinə başlayacaq Donald Tramp və Rusiyanın Prezidenti Vladimir Putin arasında mümkün danışıqlara hazırlıq gedir və görüşün məkanı kimi Bakı nəzərdən keçirilir. 

Məlumatlarda qeyd olunur ki, ikitərəfli görüş üçün üç neytral paytaxt müzakirə olunur. Onlardan biri MDB məkanında Astana və ya Bakı, ikincisi Mərkəzi Avropada Vyana, üçüncüsü isə Avropa qitəsindən kənarda İstanbul nəzərdə tutulur. Türkiyənin NATO və Qazaxıstanın KTMT üzvü olduğunu nəzərə alsaq, Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir. 

Maraqlıdır, Bakı dünyanın iki nəhəng ölkəsinin liderlərinin görüşü üçün münasibət məkan hesab oluna bilər? Putin və Tramp ikitərəfli görüşün Bakıda keçirilməsinə razı ola bilərlər? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Moskva və Vaşinqtonun gündəmində əsas mövzu Putin-Tramp görüşünün baş tutmasıdır: 

“Prinsip etibarı ilə Tramp ilə Putin arasında görüşün hansı məkanda təşkil olunacağı o qədər də böyük əhəmiyyət kəsb etmir. Hesab etmirəm ki, Tramp, yaxud Putin ikitərəfli görüşün bu və ya digər ölkədə keçirilməsi ilə bağlı fikir ayrılığına düşsünlər, yaxud hansısa məkanı uyğun hesab etməsinlər. Əsas söhbət iki böyük dövlətin, qlobal səviyyədə təsir imkanlarına malik olan iki güc mərkəzinin liderlərinin görüşünün baş tutub-tutmayacağından gedir.

Görüşün hansı məkanda keçirilməsindən daha çox bu görüşün baş tutması əhəmiyyətlidir”. 

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə Tramp-Putin görüşü üçün münasib məkan hesab oluna bilər:

“Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Rusiya ilə kifayət qədər normal münasibətləri var. Nəzərə almaq lazımdır ki, Tramp ilə Putin arasında görüşün prinsipal mahiyyəti Ukrayna mövzusu olacaq. Ukraynada müharibə başladıqdan bəri bir neçə dəfə İstanbul Rusiya ilə Ukrayna, o cümlədən Rusiya ilə Qərb arasında danışıqlara ev sahibliyi edib. 

Bu baxımdan, nə Moskva, nə də Vaşinqton Tramp-Putin görüşünün İstanbulda və ya Türkiyənin hər hansı şəhərində keçirilməsinə etiraz edər. Bakı da görüş üçün münasib məkandır. Çünki rəsmi Bakı zaman-zaman Rusiya və NATO-nun hərbi rəhbərləri arasında ikitərəfli görüşlərə ev sahibliyi edib. Bir məqamı da qeyd edim ki, Azərbaycan rəhbərliyinin həm Donald Tramp, həm də Vladimir Putin ilə yaxın münasibətləri var”. 

R. Bayramov bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin normallaşması üçün zaman lazım olacaq: 

“Əsas məsələ burasındadır ki, Bayden administrasiyası hakimiyyətə gələndən bəri anti-Azərbaycan və anti-Türkiyə mövqeyi sərgiləyib. 

Donald Trampın prezident səlahiyyətlərinə başladıqdan sonra tez bir zamanda ABŞ-Azərbaycan və ABŞ-Türkiyə münasibətlərində müsbət proseslərin baş verəcəyi inandırıcı görünmür. Bunun üçün müəyyən müddət lazım olacaq. Bu baxımdan, indiki mərhələdə Bakı Tramp-Putin görüşü üçün nə qədər münasib məkan hesab olunsa da, Vaşinqtonun buna müsbət yanaşacağını ehtimal etmirəm”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri