Icma.az
close
up
RU
Putin və Trampın Alyaskada hərbi bazada görüşünün proqramı razılaşdırılıb

Putin və Trampın Alyaskada hərbi bazada görüşünün proqramı razılaşdırılıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın ABŞ Hərbi Hava Qüvvələrinin Alyaskadakı Elmendorf-Riçardson bazasında keçiriləcək görüşünün proqramı tam şəkildə razılaşdırılıb və hazırlığın son mərhələsinə qədəm qoyub.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, iki liderin görüşü Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30 - red.) ancaq tərcüməçilərin iştirak etdiyi təkbətək söhbətlə başlayacaq.

"Bundan sonra Putin və Tramp danışıqları səhər yeməyi arxasında davam etdirəcəklər. Onlar, xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlıq və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər", - deyə Uşakov bildirib.

"Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq son mərhələyə daxil olub. Görüşün cəmi beş gün əvvəl, yəni ötən cümə günündən şənbə gününə keçən gecə elan edildiyini nəzərə alsaq, hər şey intensiv şəkildə həyata keçirilir, bir çox texniki məsələlər, o cümlədən viza məsələləri həll olunur. Və əlbəttə ki, ilk növbədə sammitin siyasi komponentlərinin aktiv şəkildə işlənib-hazırlanması üzərində iş aparılır", - deyə Uşakov qeyd edib.

Onun sözlərinə görə, Kreml Putinlə Trampın görüşünün Alyaskada sovet pilotlarının dəfn olunduğu yerin yaxınlığında baş tutmasını simvolik hesab edir.

Yuri Uşakov, həmçinin qeyd edib ki, Putin və Trampın nümayəndə heyətləri çərçivəsində danışıqları "5-in 5-ə" formuluna əsasən aparılacaq.

Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev daxil edilib. Diplomat əlavə edib ki, ABŞ nümayəndə heyətinin tərkibi də müəyyənləşib, lakin bunu ABŞ tərəfinin bunu açıqlaması daha düzgün olardı.

Uşakovun sözlərinə görə, Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq, lakin liderlər bir sıra digər mühüm beynəlxalq məsələləri də müzakirə edəcəklər.

"Sammitin gündəliyinə gəlincə, yəqin, hamıya aydındır ki, əsas mövzu Ukrayna böhranının həlli olacaq, o cümlədən, xatırladığınız kimi, avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə Kremldə keçirilən müzakirəni də nəzərə alaraq", - deyə o qeyd edib.

"Lakin təbii ki, sülh və təhlükəsizliyin təmin edilməsi üzrə daha geniş məsələlərə, həmçinin aktual və ən kəskin beynəlxalq və regional problemlərə də toxunulacaq", - deyə prezidentin köməkçisi əlavə edib.

Danışıqlardan sonra Putin və Tramp KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçirəcəklər və danışıqların nəticələrinə yekun vuracaqlar.

Uşakov onu da qeyd edib ki, Rusiya və ABŞ liderləri arasında danışıqların müddəti müzakirənin necə gedəcəyindən asılı olacaq. Rusiya nümayəndə heyəti sammitdən dərhal sonra Alyaskadan Rusiyaya uçacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri