Putin və Uitkoff Rusiya Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş üç saat davam edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, Putin və Uitkoff arasında görüşün konstruktiv keçdiyini söyləyib.
Qeyd edib ki,Putin Trampın xüsusi nümayəndəsi ilə digər məsələlərlə yanaşı, Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını da müzakirə ediblər: "Putin və Uitkoff arasında danışıqlar Rusiya və ABŞ-ın təkcə Ukrayna ilə bağlı deyil, digər məsələlərdə də mövqelərini yaxınlaşdırıb".
Kreml rəsmisi Putinlə Uitkoff arasında danışıqların Elbada görüşün ildönümündə baş tutmasını simvolik hesab edir.
Uşakov bildirib ki, Rusiya və ABŞ arasında məhsuldar dialoq müxtəlif səviyyələrdə davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















