Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

PUTİN XAMENEİNİ DƏ GÜDAZA VERDİ Növbə kimindir?...

PUTİN XAMENEİNİ DƏ GÜDAZA VERDİ Növbə kimindir?...

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il baş verən 12 günlük müharibə zamanı jurnalistlər Vladimir Putinə sual vermişdilər ki, İsrail və ABŞ Əli Xameneini məhv etmək istəyirlər, buna münasibəti necədir. O isə cavabında həmişəki özündənrazı, istehzalı və hədələyici mimika alaraq, “bunu təsəvvür etmək belə istəmirəm” demişdi.

Strateji düşüncə, uzaqgörənlik baxımından hər zaman “axsayan” Putin o vaxt “təsəvvür etmək istəmədiyini” bu gün reallıqda görməkdədir. Bunun cavabında etdiyi isə yalnız başsağlığı vermək və Xameneinin ölümünü “bütün insanlıq əxlaqı və beynəlxalq hüquq normalarının pozulması ilə həyata keçirilmiş qətl” adlandırmaq oldu. Vəssalam!

Nəzərə alsaq ki, Putin özü Ukraynaya qarşı işğalçılıq müharibəsində, “AZAL” təyyarəsinin vurulmasında və digər dəhşətli nümunələrdə “bütün insanlıq əxlaqı və beynəlxalq hüquq normalarını” çoxdan, özü də dəfələrlə pozub, o zaman onun Xameneinin qətlinə verdiyi bu qiymətləndirmənin də bir qara qəpiklik dəyəri qalmır… 

2022-ci ildə Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı əks-hücuma keçərək Xarkov vilayətini azad edəndə və Rusiyanın hətta Xerson şəhərini belə saxlamağa gücü çatmayanda Putin kömək üçün İrana müraciət etdi. İran rejimi Rusiyaya təkcə minlərlə “Şahed” PUA-ları ilə deyil, həm də təlimatçılarla, mühəndislərlə və bu dronların Rusiyada istehsalı üçün lazım olan bütün məlumatlarla, eləcə də raket istehsalını artırmaq üçün əlində olan bütün mövcud texnologiyalarla təmin etdi. O da məlumdur ki, İrandakı rejimin Rusiyaya dəstəyi təkcə “Şahed”lərlə məhdudlaşmayıb və Xəzər dənizi vasitəsilə daşınan hərbi yüklər daha geniş spektri əhatə edib. Eləcə də İrandakı rejim Rusiyaya gücü çatan qədər siyasi dəstəyini əsirgəməyib…

2022-ci ildən bəri İran dronları Ukrayna boyunca ukraynalıları bir gün belə rahat qoymadı. Onlar infrastrukturu, ticarət mərkəzlərini, enerji obyektlərini, eləcə də çarpayıdakı uşaqları, qocaları, qadınları, dinc əhalini vurdu və vurur. İndi isə Rusiya işğalına bu cür dəstək verən rejimin başında duranların öz ailələri raket və PUA hücumlarının hədəfidir. Ancaq mövzu bu deyil…

Bəs bütün bunların qarşılığında Rusiyanın İran hakimiyyətinə istər ötən ilin yayındakı 12 günlük müharibədə, istərsə də bugünkü fəlakət həddinə yaxınlaşan ağır vəziyyətdə dəstəyi nədən ibarətdir? Bu dəstəyi görən, hiss edən varmı?

Qeyd edək ki, 2025-ci ildə Rusiya və İran Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayıblar. Hanı indi o sənəd? Nədir onun çəkisi və qiyməti? Üzərində yazıldığı kağızdan başqa heç nə!

Həmin müqavilənin 4 və 6-cı bəndində “HƏRTƏRƏFLİ HƏRBİ-TEXNİKİ TƏRƏFDAŞLIQ” nəzərdə tutulub. Bəs hanı bu “TƏRƏFDAŞLIQ”?

Tramp Venesuelaya qarşı hərbi əməliyyatlara başlayanda, jurnalistlərin Rusiyanın Venesuelaya niyə yardım göstərmədiyi barədə sualına XİN başçısı Sergey Lavrov və Putinin sözçüsü Dmitri Peskov yekdilliklə cavab vermişdilər ki, Venesuela imzalanmış müqavilədəki hərbi və hərbi-texniki tərəfdaşlıqla bağlı müddəalardan imtina edib. Guya məhz buna görə də müdaxilə edə bilmirlər. Yaxşı, İranla müqavilədə bu cür müddəalar var axı. Rusiya İrana hərbi yardım göstərirmi, göstərə bilirmi? Xeyr. Bu gün İrana qarşı hərbi əməliyyatın başlanması ilə əlaqədar olaraq Rusiya faktiki olaraq Tehrana hərbi yardım göstərməkdən imtina edib. Hətta bir çox mötəbər mənbələr yazır ki, İran bu hücum ərəfəsində Suriyada yerləşən Rusiya elektron müharibə sistemlərindən istifadə edərək İsrail Hərbi Hava Qüvvələrinin naviqasiyasını əngəlləmək üçün kömək istəyib. Lakin Rusiya nəinki imtina edib (bunun müharibə deyil, əks-terror əməliyyatı olduğunu iddia edərək), həm də münaqişəyə qarışmamaq üçün radarlarını belə söndürüb.

Deməli, Putin sadəcə olaraq, İranı, Xameneini və onun rejimini güdaza verdi. Necə ki, digər “strateji tərəfdaşları” - Suriyanı, Venesuelanı güdaza vermişdi. Bu gün hətta bir çox “Z-bloqerlər” belə yazır ki, Putinin güdaza verdiklərinin siyahısındakı sırada növbəti gələn artıq Rusiyanın özüdür…

Beləliklə, görünən odur ki, nə qədər çox Rusiyanın dostu və tərəfdaşı olsanız, Rusiyanın sizə xəyanət etməsi ehtimalı bir o qədər yüksəkdir.

Bu baş verənlərə içimizdəki Azərbaycanı gah Rusiyanın, gah İranın quyruğuna bağlamaq istəyənlər üçün də, ilk növbədə öz gücümüzə, sonra da ölkəmizin Türkiyə ilə strateji birliyinə xor baxan, bəyənməyən, əvəzində bu gün “ağam vay” deyib ağlayanlar üçün də, bir gözü və əli Moskvanın ətəyində olanlar üçün də ibrət olmalıdır. Anlamalıdırlar ki, nə Putin Rusiyasından, nə də İrandakı rejimdən səmimi, qətiyyətli tərəfdaşlıq, dəstək gözləməyə dəyməz - onlardan bizə “yar olmaz!” 

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Mart 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri