Icma.az
close
up
RU
Putin Zelenskini Moskvada tələyə saldı Kreml hədəfinə çatdı

Putin Zelenskini Moskvada tələyə saldı Kreml hədəfinə çatdı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskini Moskvaya dəvət etməsi Kremlin sülhdə maraqlı olmadığını göstərir”

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərmanlı deyib.

O bildirib ki, Zelenski üçün mövcud şərtlərdə nəinki Moskvaya gəlmək, ümumiyyətlə Putinlə görüşmək təslim olmaq, güzəştlər etmək demək idi:

“Buna görə də təklifi rədd etdi. Müharibə başlayandan sonra Zelenski Putinlə görüşməyə çalışırdı. Belə bir görüş həm onun özünün, həm də Ukraynanın mövqeyini gücləndirmək baxımından lazım idi. Eyni zamanda, belə bir görüşdə Rusiyanın razılığa gəlməməsi Ukraynaya Qərb dəstəyini artıra bilərdi. Buna görə də Rusiya tərəfi həmişə görüşdən yayınıb.

Həmçinin oxuyun:

Rusiya ilə bağlı plan: Tramp dostu üçün hərəkətə keçdi – Görüşdən sonra…

Asif Nərimanlı

Alyaskada Tramp–Putin görüşündən sonra Rusiya tərəfi görüşdə daha çox maraqlı görünür. Mümkündür ki, Alyaskada Tramp və Putin Ukrayna məsələsinin “həlli formulu”nu müzakirə edib, müəyyən pərdəarxası razılaşmalar əldə olunub. Bu görüşdən sonra Putin və Zelenskinin bir araya gələcəyi platformada Ukraynanın bu və ya digər formada ərazi güzəşti aktual olacaq. Buna görə də Kiyev görüşə maraqlı deyil, əksinə prosesin uzanması və situasiyanın dəyişməsinə çalışırlar. Rusiya isə çalışır ki, Trampla razılaşmanı Ukrayna ilə rəsmiləşdirsin.

Putinin Zelenskini Moskvaya dəvət etməsi də buna hesablanıb. Eyni zamanda, bu dəvətlə “Rusiya danışıqlara maraqlıdır, Ukrayna yox” rəyini yaratmaq istəyirlər, çünki Zelenskinin Moskvaya gəlməyəcəyini bilirdilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see203

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri