Putindən İrəvanla bağlı sərt qərar: minlərlə erməni zərər görəcək KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bişkek görüşündən sonra Rusiya Ermənistana diplomatik xəbərdarlıq çərçivəsindən kənara çıxmağa qərar verib”.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan Rusiya ilə münasibətlərdə sadəcə vaxt qazanmaq istəyir:
“Moskva İrəvanın Avropya İttifaqına yönəlib-yönəlməyəcəyinə qısa zamanda qərar verilməsini, referendumun keçirilməsini istəyir. Lakin baş nazir Nikol Paşinyan referendumu 2-3 il gecikdirməyə çalışır. Bununla sanki Qərbə istiqamətlənməyə maraqlı deyilmiş kimi görünmək istəyir. Bu müddət ərzində Ermənistanın ixrac bazarını şaxələndirməyi, iqtisadi asılılığı qismən azaltmağı planlayır, beləliklə Ukrayna kimi Moskva ilə əlaqələri birdən-birə kəsməyi düşünür.
Məlumata görə, Kreml Ermənistan hakimiyyətinə qarşı quru və sərt siyasət yürütmək qərarına gəlib. Beləliklə, Ermənistandan bəzi məhsulların idxalının qadağan edilməsi, Rusiya Federasiyasında yaşayan və işləyən çox sayda Ermənistan vətəndaşının deportasiyası, pul köçürmələrinin və bütün nəqliyyat kommunikasiyalarının məhdudlaşdırılması, enerjinin, xüsusən də qazın qiymətinin artması və s. kimi addımların atılması gözlənilir. Bütün bunların Ermənistan üçün hansı nəticələrə səbəb olacağı isə sual doğurur”.
Qeyd edək ki, Bişkekdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün mübahisəli keçdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 08 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















