Icma.az
close
up
RU
Putini “dəli” edən detal Tramp niyə geri addım atdı?

Putini “dəli” edən detal Tramp niyə geri addım atdı?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Rusiya ordusunun Ukraynaya son hücumundan sonra ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə qarşı sərt çıxış edib.

“Putinə nəsə olub. O, dəli kimi davranır, lazımsız yerə bir çox insanı öldürür. Həmişə demişəm ki, o, Ukraynanın bir hissəsini deyil, hamısını istəyir. İndi bəlkə də bu, gerçəkləşəcək. Amma bu proses Rusiyanın dağılmasına səbəb olacaq”- Tramp qeyd edib.

Trampın bu açıqlamaları fonunda diqqət çəkən məqam isə ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki mövqeyində müşahidə edilən dəyişikliklərdir. Bəzi ekspertlər rəsmi Vaşinqtonun prosesdəki fəallığını azaltdığını və məsuliyyəti daha çox Avropa İttifaqının üzərinə qoymağa çalışdığını bildirir.

Bəs, doğrudanmı ABŞ geri çəkilir? Rusiya-Ukrayna müharibəsində Vaşinqtonun rolu və strategiyası dəyişirmi?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki mövqeyindən tamamilə geri çəkilməsi mümkün deyil:

“Seçki kampaniyası zamanı Donald Trampın verdiyi vədlərdən biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi. Əgər atəşkəs və sülh prosesi ilə bağlı konkret razılaşmalar əldə olunmasa, bu halda Vaşinqtonun vasitəçi rolundan qismən geri çəkilməsi mümkündür. Trampın son açıqlamaları da göstərir ki, o, bu prosesi daha çox ikitərəfli müstəvidə həll etməyə çalışacaq. Paralel olaraq, ABŞ bu məsələdə öz yükünü daha çox Avropa İttifaqının üzərinə yönləndirmək niyyətindədir. Lakin bu, rəsmi Vaşinqtonun tamamilə prosesdən çəkilməsi anlamına gəlmir. Ukraynaya hərbi yardımlar müəyyən səviyyədə davam edəcək. Kiyevə silah tədarükü üçün Aİ-nin maliyyələşdirdiyi sifarişlər ABŞ-ın hərbi sənaye kompleksində istehsal olunur ki, bu da bir növ dəstək formasıdır”.

Natiq Miri

Politoloqun sözlərinə görə, yaxın gələcəkdə Rusiyaya qarşı yeni və daha sərt iqtisadi sanksiyaların tətbiqi də istisna edilmir:

“Rusiyanın büdcəsində əhəmiyyətli yer tutan enerji daşıyıcılarına qarşı sanksiyaların gündəmə gəlməsi gözləniləndir. Xüsusilə də neftə embarqolar tətbiq oluna bilər. Rusiyanın neftini alan bütün ölkələr bu sanksiyalardan müəyyən qədər təsirlənəcək. Əgər neftin qiyməti kəskin şəkildə aşağı düşərsə, bu, Kremlin büdcəsinə ciddi zərbə vuracaq. Müharibənin ilin sonuna qədər davam edəcəyi ehtimal olunur. Əgər bu müddət daha da uzanarsa, Rusiyanı çox çətin günlər gözləyir. Büdcəsinin 55 faizini təşkil edən neft gəlirləri də kəskin şəkildə azalarsa, Moskva çıxılmaz vəziyyətə düşə bilər. ABŞ-ın müharibədən kənarda qalması real görünmür, çünki bu münaqişə ilə birbaşa bağlıdır. Donald Tramp da başa düşür ki, bu müharibəni 24 saatda bitirmək mümkün deyil. Eyni zamanda, Putinlə telefon danışıqlarının da manipulyasiya xarakteri daşıdığını dərk edib”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri