Putini doğum günü münasibətilə ilk olaraq bu 4 diktator təbrik etdi...
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün- 7 oktyabr 2026-cı ildə Rusiya prezidenti Vladimir Putinin 74-cü doğum günüdür.
Bəs faktiki 12 ildir öz qonşusu, özü də ruslarla eyni- slavyan mənşəli xalqın qurduğu Ukrayna dövlətinə qarşı amansız içğalçı savaş aparan, bu gün də paytaxt Kiyev və digər iri şəhərlərdəki yaşayış binalarını raket və dron atəşinə tutaraq din insanların qətlinə səbəb olan bir dövlətin başçısını ilk olaraq hansı ölkə liderləri təbrik edib.
Moderator.az Rusiya və digər xarici mənbələrə istinadla xəbər verir ki, hazırda açıq mənbələrdə xarici dövlət başçıları arasında onun doğum günü münasibətilə təbrik etdiyi təsdiqlənənlər 4 totalitar və avtoritar ölkə başçısıdır:
Si Cinpin — Çin prezidenti. Təbrik teleqramı 6 oktyabrda göndərilib. Rusiya rəsmiləri və mediası təsdiqləyib.
Aleksandr Lukaşenko — Belarus prezidenti. Təbriki 7 oktyabrda yerli KİV-də açıqlanıb.
Kim Çen In — Şimali Koreya lideri. Təbrik teleqramı Koreya mərkəzi teleqraf agentliyi tərəfindən yayımlanıb.
Serdar Berdiməhəmmədov — Türkmənistan prezidenti. Təbrik teleqramı 7 oktyabrda yerki KİV-də yayımlanıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, başqa xarici liderlərdən də çoxsaylı yazılı təbriklər daxil olub, lakin onların hamısının adları hələ açıqlanmayıb. Həmçinin Putin bu gün bir sıra xarici liderlərlə telefon danışıqları keçirəcək və həmin kontaktların doğum günü münasibətilə olacağı bildirilib.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Oktyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















