Icma.az
close
up
RU
Putini kim əvəz edəcək?

Putini kim əvəz edəcək?

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyanın Ukraynada başladığı müharibə artıq gözlənildiyi kimi, Rusiyanın sonuna aparan proses kimi özünü təsdiqləyib.
Ancaq Qərb, xüsusən də ABŞ, Rusiyanın parçalanmasında maraqlı deyil. ABŞ-ın hesabına görə, Rusiyanın dağılmasından digər siyasi nəticələrlə yanaşı, həm də və ən əsası Çin Rusiya ərazilərinin bir qisminə sahiblənə bilər və bu da onun daha da qüdrətlənməsinə gətirər.
Hələ Rusiya–Ukrayna müharibəsindən xeyli əvvəl xarici ekspertlərin, ictimai-siyasi xadimlərin proqnozlarına görə, Rusiyanın sonu Ukraynada başlamalı idi. George Friedman, Zbigniev Brzezinski, Janusz Bugajski, Cövhər Dudayev, Vəfa Quluzadə və sair qeyd etmişdilər ki, Rusiyanın süqutu məhz Ukrayna ilə başlayacaq.
Həqiqət budur ki, Rusiya prezidenti Ukrayna müharibəsi ilə hakimiyyətinin idarəçilik mexanizmini dövlət orqanizmi kimi məhv edib. Rusiyada artıq heç bir dövlət institutu müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Putin bütün dövlət idarəetmə sistemini öz üzərində cəmləyib.
Bu isə o deməkdir ki, Putin postundan gedəndən, yaxud devrildikdən sonra hakimiyyət uğrunda ciddi qarşıdurmalar mütləqdir. Artıq Rusiya daxilindən də səslənən fikirlərə görə, Rusiya Ukrayna müharibəsi ilə nəinki insani və iqtisadi resurslarını, həm də psixoloji və informasiya resurslarını tükədib. Yəni artıq təbliğat sistemi də Rusiyanın uğursuzluqlarını, faciəsinin miqyasını gizlədə bilmir. Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə çəkdiyi “Surovikin xətti”nin Rusiya cəmiyyətinin beyninə yeritdiyi sədd analogiyası dağılıb. Putin hakimiyyəti öz ifşasını məntiqi nəticələri ilə kütləyə çıxarır. Psixoloji-informasiya səhnəsi isə artıq ikrah, hiddət yaradır, hakimiyyətə etimadsızlığı dərinləşdirir. Proseslər Rusiyada hakimiyyət dəyişikliyini zərurətə çevirir. Ancaq Putinin qurduğu sistem, daha doğrusu bir nəfərin üzərində formalaşan idarəetmə modeli, hakimiyyətin sivil qaydada dəyişməsinə imkan vermir.
Demək olar ki, Rusiya ənənəvi tarixi səhvlərini təkrarladı. Birinci Dünya müharibəsində Rusiya qaliblərdən olsa da, daxilində bolşevik çevrilişi nəticəsində faktiki məğlub tərəfə çevrildi. Keçən əsrin 30-cu illərində Sovet Rusiyasının Finlandiyaya hücumundan ərazi qazancı əldə etsə də, mənəvi-psixoloji məğlub oldu. 90-cı illərdə Sovet imperiyası da daxildən parçalandı. İndi isə özünü Sovet İttifaqının varisi elan edən Rusiya, Putin hakimiyyəti ilə ənənəvi tarixini təkrarlayır.
Əlbəttə ki, Amerika başda olmaqla Qərb dünyası Rusiyanın dağılmasına imkan vermək niyyətində deyil. Çünki Çin, Ukrayna müharibəsi ilə Rusiyanı özündən iqtisadi, maliyyə və resurs ixracı baxımından o qədər asılı vəziyyətə salıb ki, Rusiyanın dağılmasından Çinin ərazisini genişləndirmək imkanı və ehtimalı çox yüksəkdir. Onsuz da Çin "sülh ekspansiiyası" ilə Rusiya daxilinə nüfuz edib, möhkəmlənib. ABŞ-ın Rusiya ilə Ukrayna arasında sülh, atəşkəs istəyinin də səbəblərindən biri də məhz Çin faktorudur.
Qaldı ki, Putinin hakimiyyətdən getməsindən sonra kimin və necə hakimiyyətə gəlməsi məsələsinə — artıq Rusiya daxilindən səsləndiyi kimi, bu proses təbii ki, sivil qaydada baş tutmayacaq. Şübhə yoxdur ki, Putinin gedişindən sonra Rusiya daxilində klan mübarizəsi, hətta aralarında hərbi toqquşmalar da mümkündür. Regionların, xüsusən də Şimali Qafqazda ciddi proseslərin, toqquşmaların Rusiyanın siyasi və hakimiyyət sisteminə əhəmiyyətli təsiri ehtimalı var. Putindən sonra hakimiyyətə konkret olaraq kimin gücü daha çoxdursa, onun da gəlmək imkanı çoxdur. Ukrayna müharibəsi Rusiyada ən yaxşı halda açıq inqilabı ortaya çıxarmasa da, əsl inqilab xarakterli nəticələr doğuracaq.
Vüqar Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri