Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Putini o əvəz edə bilər Varis haqda KONKRET

Putini o əvəz edə bilər Varis haqda KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiyada artıq uzun müddətdir ki, Vladimir Putindən sonra ölkəyə başqa bir şəxsin rəhbərlik edə biləcəyi fikri demək olar, tabu sayılır. Halbuki bir zamanlar bu, real ehtimal kimi müzakirə olunurdu.

KONKRET.az xəbər verir ki, bu günlərdə Rusiya prezidentinin fərmanı ilə, öz xahişi əsasında, dövlət xidmətindən tamamilə ayrılan Sergey İvanov siyasi səhnədən birdəfəlik getdi. Son vaxtlara qədər o, prezidentin ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi və eyni zamanda Təhlükəsizlik Şurasının daimi üzvü idi. Bir dövr Putinin mümkün varisi kimi göstərilən İvanov artıq tam şəkildə təqaüdə çıxıb.

Putinin mümkün varisi

2007-ci ildə Rusiyada növbəti prezidentin kim olacağı müzakirə edilərkən, Sergey İvanov Dmitri Medvedevlə yanaşı əsas namizədlərdən biri hesab olunurdu. Hətta bəzi rəy sorğularında bir müddət Medvedevi qabaqlayırdı.

İvanov Putinin ən yaxın silahdaşlarından biri idi. Onlar eyni yaşda idilər və karyeralarının əvvəlində Leninqrad KQB idarəsində birlikdə çalışmışdılar. Sonralar İvanov xarici kəşfiyyatda uğurlu karyera quraraq general rütbəsinə qədər yüksəldi və Xarici Kəşfiyyat Xidmətində yüksək vəzifə tutdu.

Putin isə həmin dövrdə Almaniyanın Drezden şəhərində çalışmış, sonradan ehtiyata buraxılmışdı. Lakin 1998-ci ildə siyasi yüksəliş edərək FSB-yə rəhbər təyin olundu və İvanovu özünə müavin çağırdı.

Yüksək vəzifələr və itirilən şans

Daha sonra İvanov Rusiya Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri və baş nazirin müavini vəzifələrində çalışdı. Bu karyera onu dövlət rəhbərliyinə tam hazır namizəd kimi göstərirdi.

Bununla belə, Putin sonda Medvedevi varis kimi seçdi. Ekspertlər bunun səbəblərindən biri kimi İvanovun general olması və güc strukturlarından gəlməsi amilini göstərirlər. Güman edilirdi ki, güclü hərbi keçmişə malik prezident Putinin özünə rəqib ola bilərdi.

“İdarə olunan” namizəd seçimi

Müşahidəçilərin fikrincə, Medvedev daha idarə olunan fiqur idi və Putinə hakimiyyəti sonradan geri qaytaracağına dair etibar yaradırdı. İvanovla bağlı isə belə bir əminlik yox idi.

Bəzi mənbələr Putinin İvanova qarşı gizli qısqanclıq hissi də daşıdığını iddia edirlər. Hətta səfərlərin birində İvanovun hərbi texnika ilə bağlı suala Putindən əvvəl cavab verməsi prezidentin narazılığına səbəb olmuşdu.

Hakimiyyətə marağın olmaması

Məqalədə qeyd olunur ki, əslində Sergey İvanovun özü də prezident olmaq arzusunda deyildi. O, hakimiyyətə can atmırdı və siyasətə böyük maraq göstərmirdi.

2011-ci ildə Prezident Administrasiyasının rəhbəri olanda daxili siyasət faktiki olaraq onun müavini Vyaçeslav Volodinin nəzarətinə keçmişdi. İvanov isə əsasən texniki və sənədləşmə işləri ilə məşğul olurdu.

Sonralar o, vəzifəsini Anton Vaynoya təhvil verdi.

Şəxsi faciə və geri çəkilmə

2014-cü ildə böyük oğlu Aleksandrın BƏƏ-də istirahət zamanı boğularaq vəfat etməsi Sergey İvanova ağır zərbə oldu. Bundan sonra onun istefa barədə düşündüyü bildirilir.

Bir müddət sonra prezidentin ekologiya üzrə xüsusi nümayəndəsi təyin olundu və faktiki olaraq aktiv siyasətdən uzaqlaşdı. İndi isə bu vəzifədən də ayrılaraq tam təqaüdə çıxıb.

31 yanvarda 73 yaşı tamam olan Sergey İvanov siyasi karyerasını başa vurmaq qərarına gəlib. Məqalə müəllifinin fikrincə, Putinin siyasi yolu hələ davam etdiyi halda, bir zamanlar onun yerini tuta biləcək əsas namizədlərdən biri səssizcə tarixə qovuşub.

Bu hadisə Rusiyada hakimiyyətin necə formalaşdığını və potensial rəqiblərin zamanla necə kənarlaşdırıldığını bir daha göstərir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri