Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Putini “ölümsüz” etmək istəyən kimdir: Öz qızı və...

Putini “ölümsüz” etmək istəyən kimdir: Öz qızı və...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya mediasında yayılan xəbərlərə görə, Rusiya Prezidentini “ölümsüz” etmək üçün xüsusi vaksin hazırlamağa çalışılır. 

Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb və alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.

Bunu elə Kovalçuk özü Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində deyib. Əslində, bu ideyanın arxasında Putinin böyük qızı, həkim-endokrinoloq, “qocalma əleyhinə vaksin” üzərində çalışan Mariya Vorontsova dayanır.

Qərb analitikləri və mediası onun tədqiqatlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər. Bu fikrin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını demək mümkün olmasa da, tədqiqatların ciddiliyi şübhə doğurmur.

Professor Mariya Vorontsovanın bu ideyasının əsas məqsədi insan ömrünü əvvəlcə 85-90 yaşa qədər çatdırmaq, daha sonra isə kəskin şəkildə uzatmaqdır. 

Milyardlarla dollar dəyərində olan genişmiqyaslı dövlət layihəsi fonunda “qocalma əleyhinə vaksin” yaradılması və donuzlarda insan orqanlarının yetişdirilməsinin öyrənilməsi, eləcə də insan ömrünün uzadılması proqramı üzərində fəal iş aparılır.

Bu layihənin əsas siması sayılan Putinin böyük qızı, professor Mariya Vorontsova endokrinologiya sahəsində aparıcı mütəxəssislərindən biri hesab olunur.

O, Moskva Dövlət Universitetinin tibbi elmi-təhsil institutuna rəhbərlik edir. Putin heç vaxt onu açıq şəkildə öz qızı kimi təqdim etməsə də, ictimaiyyət və kəşfiyyat bununla bağlı cəmiyyətə müxtəlif məlumatlar ötürüb. Ukrayna ilə müharibə başlayandan sonra ABŞ tərəfindən onun da adı sanksiyaya məruz qalan şəxslər siyahısına salınıb.

Eyni zamanda rəsmi Vaşinqton da bəyan edib ki, o, dövlətin genetik tədqiqat proqramlarının idarə olunmasına əsas rəhbərliyi həyata keçirir. Bu layihələr isə Rusiya dövləti tərəfindən maliyyələşdirilir və şəxsən Putinin nəzarətindədir.

Vorontsovaya hüceyrələrin yenilənməsi və aktiv uzunömürlülüyün öyrənilməsi laboratoriyası üçün Rusiya Elmi Fondundan qrant da ayrılıb. Bu ilin oktyabr ayında isə “Skolkovo” forumunda Vorontsova ömrün uzadılmasına dair iki mərhələli strategiya təqdim edib.

Birinci mərhələ insanın təbii potensialından maksimum dərəcədə istifadə etməyi nəzərdə tutur. Vorontsova bu potensialı 85–90 il olaraq qiymətləndirir.

Onun fikrincə, bunun üçün uşaqlıqdan sağlam vərdişlər formalaşdırmaq, düzgün qidalanmaq və mütəmadi tibbi müayinələrdən keçmək lazımdır.
İkinci mərhələ isə daha maraqlıdır. Vorontsovanın sözlərinə görə, söhbət “Allahı və ya təbiəti aldatmaqdan”, təbii ömür həddindən daha uzun yaşamaqdan və müasir tibbin imkanlarını genişləndirməkdən gedir.

Bununla yanaşı, Vorontsova hesab edir ki, bu vəzifənin məsuliyyəti yalnız həkimlərin üzərinə düşməməlidir. O, etiraf edib ki, hazırda elmin bu sahədə əldə etdiyi nailiyyətlər kifayət qədər məhduddur. Bununla belə, onun fikrincə, artıq yaxın 10-20 il ərzində “insanın universal ölüm qorxusu” səhiyyə sistemlərini qocalma probleminin həlli yollarını axtarmağa sövq edəcək.

Vorontsovanın bu ideyası Putinin təşviq etdiyi siyasətə tam uyğundur. Xatırladaq ki, Rusiya Prezidenti 2024-cü ilin fevralında “Sağlamlığın qorunmasının yeni texnologiyaları” adlı milli layihənin başlanmasını elan edib.

Onun icrasına 2025-ci ildə başlanılıb və bu prosesə daha bir proqram əlavə edilib. “Uzun və aktiv həyat” proqramı ilə birlikdə məlum layihəyə 24,23 milyard ABŞ dolları ayrılıb.

Hazırda rusiyalı alimlər canlı toxumaların 3D bioprintinqi və cırtdan donuzlarda insan orqanlarının yetişdirilməsi texnologiyaları üzərində çalışırlar.  Tərtibatçıların sözlərinə görə, onlar artıq insan qığırdaq toxumasını və siçanın qalxanabənzər vəzini hazırlamağı bacarıblar. Proqramın son məqsədi 2030-cu ilə qədər yetişdirilmiş orqanların insanlara köçürülməsinə başlamaqdır.

Bunu rəsmi Kreml də təsdiqləyib. Kremldən “Wall Street Journal” qəzetinə təsdiqləyiblər ki, ölkədə çoxsaylı tədqiqat mərkəzlərinin iştirakı ilə bu sahədə bir sıra dövlət elmi proqramları həyata keçirilir.

Proqramın qarşısına kifayət qədər ciddi məqsədlər qoyub. 2030-cu ilə qədər 175 min insanın həyatını xilas etmək proqramın əsas xəttini təşkil edir. Rəsmi statistikaya görə, hazırda Rusiyada kişilərin orta ömür uzunluğu təxminən 68 ildir. Bu da ABŞ və Avropa ilə müqayisədə 8-10 il azdır.

Xatırladaq ki, Putin belə bir proqram üzərində iş aparıldığını Pekində səfərdə olarkən Si Cinpinlə söhbəində deyib və mikrofonlar açıq olduğundan fikirlər ətrafda da eşidilib. Putinin sözlərinə görə, bəşəriyyət ölümsüzlüyə yaxınlaşa bilər. Buna cavab olaraq Si Cinpin bildirib ki, artıq bu əsrdə insanlar 150 ilə qədər yaşaya bilərlər. 

Qərbdə isə uzunömürlülüyə və qocalma əleyhinə təbabətə marağın Rusiya hakimiyyətin ən yüksək pilləsində dayanan şəxslərlə sıx bağlı olduğunu bildirirlər.

“Wall Street Journal”ın məlumatına görə, 74 yaşlı Putin uzun illərdir cavanlaşma prosedurları və ömrün uzadılması texnologiyaları ilə maraqlanır. Zaman keçdikcə bu maraq dövlət proqramlarında da öz əksini tapıb.

“Wall Street Journal”ı onu da xatırladır ki, bu ideya Rusiyada daim diqqət mərkəzində olub. Hələ ötən əsrin 20-ci illərində Sovet rəhbərliyi alim Aleksandr Boqdanovun qan köçürülməsi yolu ilə cavanlaşma təcrübələrinə maraq göstərirdi.

Lakin Boqdanov öz üzərində apardığı təcrübələrin nəticəsində 55 yaşında vəfat etdi. On il sonra digər həkim Aleksandr Boqomolets də dünyada ilk dəfə uzunömürlülük problemlərinə həsr olunmuş konfransı təşkil etdi.

O, insanın 150 il yaşaya biləcəyini iddia etdiyi tədqiqatlara Stalinin rəğbətini qazanmışdı. Lakin özü 65 yaşında vəfat etdi. Rusiya mətbuatının “Putinin gerontoloqu” adlandırdığı Vladimir Xavinson da Bibliyaya istinad edərək insan ömrünün 120 ilə qədər uzadıla biləcəyini söyləyirdi. 

O, Rusiyanı sarsıntılardan qorumaq üçün ölkə liderinin ömrünü uzatmaq istədiyini açıq şəkildə bildirirdi.

Xavinson buzovların bədən toxumalarından əldə edilən peptidlər əsasında cavanlaşma prosedurlarını fəal şəkildə tətbiq edirdi. Rusiyanın ən yüksək dövlət mükafatlarından birinə layiq görülən Xavincon da sələfləri kimi çox yaşamadı və 2024-cü ildə 77 yaşında vəfat etdi. 

Hələlik, Qərb mediası bütün bunları avantüra və müxtəlif ideyalarla hökumətdən pul qoparmaq iddiası hesab edir.

Lakin Qərbin özündə də bu ideyaya maraq göstərən milyarderlərin olması heç kimə sir deyil. 

“Cebheinfo.az”

Açar sözlər: Putin “ölümsüz”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri