Icma.az
close
up
RU
Putinin “adi gəmi” kimi maskalanan “gizli yaxtası” var? DETALLAR

Putinin “adi gəmi” kimi maskalanan “gizli yaxtası” var? DETALLAR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya xilasedicilərinə təhvil verilmiş “Voyevoda” gəmisi ikili təyinat daşıya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə The War Zone portalı yazıb.
Rəsmi olaraq “Voyevoda” Dəniz Xilasetmə Xidmətinin tərkibinə verilsə də, Rusiyanın özündə onun “prezident gəmisi” kimi istifadə oluna biləcəyi iddiaları səslənir.
Bəzi dairələrdə gəmini birbaşa “Putinin yaxtası” adlandırırlar, baxmayaraq ki, bu ehtimalın reallığı ilə bağlı suallar qalmaqdadır.
İlk növbədə gəminin ölçüləri diqqət çəkir. Məlumata görə, “Voyevoda”nın uzunluğu 111 metr, eni 24 metrdir. Gəminin sürəti üzmə məsafəsi 5000 mildir. Bu ölçülər dörd kiçik kater və iki helikopterin yerləşdirilməsinə imkan verir.
Rəsmi açıqlamalara əsasən, “Voeyvoda” Baltik dənizi hüdudlarından kənarda da daxil olmaqla, geniş spektrli dəniz xilasetmə əməliyyatlarının aparılması və dəstəklənməsi üçün nəzərdə tutulub. Gəmi axtarış-xilasetmə avadanlığını, o cümlədən kiçik qayıqları daşıya, yerləşdirə və təmin edə bilir.
Mütəxəssislər diqqətə çatdırırlar ki, gəmi heyətin yerləşdirilməsi baxımından “şübhəli dərəcədə yaxşı” təchiz olunub.
Belə ki, “Voyevoda” səkkiz yaşayış bloku (yataq otaqları, hamamlar və kabinetlərlə), konfrans zalı və bufetli sərnişin salonu ilə təchiz edilib. Bu cür şərait adətən böyük okean gəmilərində olur.
Hələ tikinti mərhələsində gəminin real funksiyası ilə bağlı suallar yaranmağa başlamışdı.
2017-ci ildə gəmiqayırma sənayesindəki mənbələr “Voyevoda”nın həqiqətən xilasetmə əməliyyatlarında istifadə ediləcəyinə şübhə etdiklərini bildirirdilər. Onların fikrincə, bu daha çox “ikili təyinatlı xüsusi gəmi” və ya “yüksək vəzifəli şəxslər üçün yaxta” ola bilər.
“Bu gəminin arxitekturası və təsvir olunan funksionallığı hazırda populyar olan ekspedisiya tipli yaxtaları daha çox xatırladır. Lakin dizayn olduqca utilitardır və fərdi müştəri üçün nəzərdə tutulmuş tamhüquqlu yaxtaya uyğun gəlmir. Ola bilsin ki, bu, qəsdən belə edilib”, – deyə yaxta istehsalı şirkətinin direktoru Aleksandr Boqdaşevski bildirib.
Onun sözlərinə görə, gəminin əsl təyinatının rəsmi elan olunan məqsədlərlə üst-üstə düşmədiyini və onun Rusiya Federasiyasının çox yüksək vəzifəli məmurlarının konkret ehtiyacları üçün istifadə olunacağını düşünməyə əsaslar var.
“Voyevoda”nın digər diqqətçəkən xüsusiyyətlərindən biri də korpusunun zərif mavi-ağ rənglənməsidir ki, bu da Rusiya Dəniz Xilasetmə Xidmətinin digər gəmilərindən kəskin şəkildə fərqlənir.
Əgər “Voyevoda” həqiqətən prezident yaxtası kimi istifadə edilərsə, o zaman əlavə funksiyalara malik olmalıdır. Bunlara mürəkkəb rabitə sistemi və güclü özünümüdafiə vasitələri kompleksi daxildir. Bu isə müxtəlif tip pilotsuz uçuş aparatlarından gələn artan təhlükə fonunda xüsusilə vacib sayılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri