Icma.az
close
up
RU
Putinin Burevestnik i: Yenə blef edir, yoxsa vəziyyət ciddidir?

Putinin Burevestnik i: Yenə blef edir, yoxsa vəziyyət ciddidir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Putinin düşdüyü vəziyyət onun mümkün olan bütün vasitələrdən istifadə edəcəyinə zəmin yaradır. Ona görə də Rusiyanın "Burevestnik” raketlərindən istifadə etməsi və bunu dünyaya bəyan etməsi heç də blef deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu hərbçi ekspert İbrahim Rüstəmli Rusiya prezidenti Vladimir Putinin sınaqdan keçirilən "Burevestnik” raketləri barədə bəyanatını şərh edərkən deyib. 

"Bu Putinin xarici düşmənlərinə qarşı təzyiq və təhdidi olmaqla yanaşı, həm də daxildə özünə olan rəğbətin zəifləməsinin qarşısını almaq cəhdidir”, deyə ekspert bildirib.


Həmsöhbətimiz düşünür ki, artıq Ukrayna məsələsində "bıçaq sümüyə dirənib”: 

"Bu məsələdə ciddi məqamlar var. Artıq bıçaq sümüyə dirənib. Heç kim geri çəkilmək istəmir, xüsusən də Putin. Rusiyanın itkiləri o qədər böyükdür ki, artıq ölkə insan resursları ilə bağlı da ciddi problem yaşayır. Ona görə də Putin insan resurslarından kənar variantları da saf-çürük etməyə başlayaraq, ağır dağıdıcı raket və digər silah növlərinin tətbiqi barədə düşünür”. 

Bu isə ekspertə görə, Putinin üstünlüyü insan resurslarından kənar vasitələrlə təmin etməyə çalışdığına işarədir:

"Burevestnik” raketlərinin sınaqdan keçirilməsi də sıradan adi hal deyil. Onun həm müharibə, həm siyasi, həm də təbliğat baxımından əhəmiyyəti var. Rusiyanın geri çəkilməsi Putin iqtidarının məğlubiyyəti kimi dəyərləndiriləcək. Putinin əsas məqsədi isə odur ki, Ukrayna ərazisinin bir hissəsini işğal etməklə orada bufer zonası yaratsın. 1939-1940-cı illərdə keçmiş SSRİ Finlandiya ilə də bu cür rəftar etmişdi. "Burevestnik” raketlərinin sınağını sıradan bir hal hesab etmirəm. Ehtiyac yaranarsa, Rusiya birmənalı olaraq bu raketlərin tətbiqini reallaşdıracaq”.

Qeyd edək ki, Rusiya "Burevestnik” adlı nüvə enerjisi ilə işləyən qanadlı raketin sınaqlarını uğurla başa çatdırıb. Bu barədə açıqlama verən Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Rusiyanın nüvə qalxanı öz etibarlılığını bir daha sübut edib. O, raketin Rusiya Silahlı Qüvvələrində yerləşdirilməsi üçün zəruri infrastrukturun hazırlanması barədə göstəriş verib.

ABŞ prezidenti Donald Tramp isə Putinin "Burevestnik” nüvə raketi hədəsinə cavabında deyib ki, Vladimir Putin Ukraynaya qarşı başladığı müharibəni bitirməli, nümayişkaranə şəkildə raket sınaqları keçirməməlidir. O, həmçinin xatırladıb ki, ABŞ-ın da Rusiyaya yaxın ərazidə yerləşən nüvə silahı var.

Tramp onu da əlavə edib ki, Putin dörd ildir davam edən Ukrayna müharibəsini bitirməyə diqqət yetirməlidir, qitələrarası nüvə raketlərini sınaqdan keçirməyə yox.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri