Icma.az
close
up
RU
Putinin Buşla danışıqlarının stenoqramı açıqlandı “Ukrayna süni dövlətdir, NATO ya daxil olsa, münaqişə qaçılmazdır...”

Putinin Buşla danışıqlarının stenoqramı açıqlandı “Ukrayna süni dövlətdir, NATO ya daxil olsa, münaqişə qaçılmazdır...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin 2000-ci illərdə ABŞ-nin sabiq Prezidenti Corc Buşla apardığı şəxsi danışıqlarda Ukraynanın NATO-ya üzvlüyünü Moskva üçün qəbuledilməz adlandırdığı, Ukraynanı “süni dövlət” kimi xarakterizə etdiyi və hətta Rusiyanın özünün NATO-ya dəvət edilməli olduğunu eyhamla dilə gətirdiyi məlum olub.

Bu faktlar ABŞ Milli Təhlükəsizlik Arxivinin 2001–2008-ci illər arasında Vladimir Putin və Corc Buş arasında keçirilmiş üç şəxsi görüşün stenoqramlarını dərc etməsindən sonra üzə çıxıb. Sənədlərdən görünür ki, ilk illərdə liderlər və ölkələr arasında münasibətlər yüksək səviyyədə olsa da, zaman keçdikcə ciddi soyuqlaşma baş verib.

Dərc olunan materiallarda Putinin Buşla ilk görüşü – 2001-ci ildə Sloveniyada keçirilən danışıqlar xüsusi yer tutur. Məhz bu görüşdən sonra Buş məşhur “Putinin gözlərinə baxdım və ruhunu gördüm” ifadəsini işlətmişdi. Həmin görüş zamanı Putin Rusiyanın guya könüllü şəkildə “çoxlu ərazilərdən imtina etdiyini”, bu kontekstdə Ukrayna və Qazaxıstanı xatırladığını bildirib. O, həmçinin rus cəmiyyətinin islahatlardan narazı olduğunu, insanların “istifadə edə bilmədiyi çoxlu azadlıq” əldə etdiyini deyib və ABŞ-nin raket əleyhinə müdafiə (ABM) müqaviləsindən çıxmasına etiraz edib.

Corc Buş isə Rusiyanın Çeçenistandakı hərəkətlərini tənqid edib, Moskvanın Şimali Koreya və İranla əlaqələrindən narahatlığını ifadə edib və NATO-nun genişlənməsinin regiona sabitlik gətirdiyini vurğulayıb. ABŞ Prezidenti açıq şəkildə bildirib ki, Vaşinqton güclü Rusiya ilə maraqlıdır və Rusiyanı “Qərbin bir hissəsi” kimi görür. Buş Putindən mətbuat azadlığının məhdudlaşdırılmasının səbəblərini də soruşub.

Putin cavabında bildirib ki, heç vaxt, hətta Soyuq müharibə dövründə belə ABŞ-ni düşmən hesab etməyib və Rusiyanın NATO-ya üzv ola biləcəyini təsəvvür edir. Mətbuat azadlığı ilə bağlı isə dövlətin “oliqarxlara qarşı mübarizə apardığını” deyib.

2005-ci ildə Ağ Evdə keçirilən görüşdə əsas mövzu Şimali Koreya və İranın nüvə proqramları olub. Bu məsələlərdə Putinin və Buşun mövqeləri böyük ölçüdə üst-üstə düşüb. Putin Şimali Koreyanı tənqid edərək, hətta mühafizəçilərinin Pxenyana səfərdən sonra ora bir daha getmək istəmədiyini bildirib. O, həmçinin etiraf edib ki, vaxtilə kommunist ideyaları uğrunda ölməyə hazır olub, lakin sonradan fikrini dəyişib. Putin ABŞ-də ultra-kiçik gücə malik nüvə silahlarının hazırlanmasına da qarşı çıxıb.

2008-ci ildə Soçidə baş tutan görüş isə Putin və Buşun son şəxsi təması olub və burada fikir ayrılıqları açıq şəkildə üzə çıxıb. Xüsusilə ABŞ-nin Polşa və Rumıniyada raket əleyhinə sistem yerləşdirmək planı Moskvanın sərt etirazına səbəb olub. Putin raketlərin Moskvaya “uçuş vaxtının qısaldığını” və strateji balansın pozulduğunu qeyd edib.

Məhz bu görüşdə Putin açıq şəkildə bildirib ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü Moskva üçün qəbuledilməzdir və bu, ABŞ ilə “uzunmüddətli münaqişə və qarşıdurmaya” gətirib çıxaracaq. O, Buşun “niyə” sualına cavab olaraq Ukraynanı “sovet dövründə yaradılmış süni dövlət” adlandırıb, ölkənin qərbyönlü və rusiyapərəst hissələrə bölündüyünü və NATO-ya üzvlüyün daxili parçalanmaya səbəb ola biləcəyini deyib.

Putin açıq şəkildə bəyan edib ki, Rusiya Ukraynada NATO-ya qarşı qüvvələrə arxalanaraq Alyansın genişlənməsinin qarşısını almağa çalışacaq və “orada daim problemlər yaradacaq”.

Buş isə Putinin mövqeyini açıq şəkildə ifadə etməsini dəyərləndirdiyini bildirib, lakin görüşün sonunda ABŞ–Rusiya münasibətlərinin əvvəlki səviyyədə qalmayacağından narahat olduğunu etiraf edib.

Kreml hələlik bu sənədlərin dərcinə münasibət bildirməyib. Ancaq stenoqramlardan aydın olur ki, Putin Ukraynanın NATO-ya üzvlüyünə qarşı 2022-ci il işğalını əsaslandırarkən istifadə etdiyi arqumentləri hələ hakimiyyətinin ilk illərindən irəli sürüb. Eyni zamanda sənədlər Putinin prezidentliyinin əvvəlində Qərblə münasibətləri normallaşdırmağa, hətta NATO-ya üzvlüyə açıq olduğunu da təsdiqləyir. Lakin ABŞ-nin Rusiyanın Çeçenistan müharibəsi və mətbuat azadlığı kimi məsələlərinə toxunmaması şərti ilə.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri