Icma.az
close
up
RU
Putinin göndərdiyi tabutlar 35 ildir ardı arası kəsilmir

Putinin göndərdiyi tabutlar 35 ildir ardı arası kəsilmir

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ağrı-acısı bitməyən 90-cı illər... Uzun müddətdir toy səsi eşidilməyən kəndimizin qapı kimi oğulları axın-axın iki ünvana gedirdilər: Qarabağ cəbhəsi və Rusiya.

Döyüşdən 1-2 günlük məzuniyyətə gələnlər bizə, geridə qoyduqları uşaqlıqlarına barıtı boşaldılmış güllə, Rusiyadan 2-3 həftəlik dönənlərsə dadı hələ də damağımızdan getməyən şokaladlar gətirirdilər.

Rəngsiz 90-larda onların kəndə dönüşü yeganə sevinc qaynağımız idi. Boylarına-buxunlarına baxıb fəxr edir, onlar kimi olmağa, onlar kimi davranmağa çalışırdıq.

Bir az sonra oxşamaq isdəyimiz bu qapı kimi oğullar böyük-böyük tabutlarda gəlməyə başladılar. Elə ailə vardı ki, bir övladının cənazəsi cəbhədən, digər övladınınkı Rusiyadan gəlmişdi.

Qarabağ döyüşləri səngidi, ordan tabut gəlmədi. İkinci Qarabağ döyüşləri başladı, o da bitdi. Rusiyadan isə 35 ildir axın-axın tabut gəlir. Dayanmır, durmur, bitmir... Bizimkilər üçün görünməz cəbhəyə çevrilən Rusiyadan...

Ən böyük əraziyə, ən zəngin təbii sərvətə sahib olan, əhalisinin isə günü-gündən artan sürətlə səfalətə sürükləndiyi Rusiyadan...

Şovinizmi, islamafobiyanı, faşizmi, irqçiliyi, işğalçılığı ehtiva edən putinizmdən əziyyət çəkən bədbəxtlər ölkəsi Rusiyadan...

Lenin deyirdi ki, başqa xalqları istismar edən hakimiyyət öz xalqını xoşbəxt edə bilməz. Bəlkə də elə buna görədir, insanını xoşbəxt etmək üçün hər şeyi ola-ola, uzun illərdir bunu bacarmır. Heç bir qonşusu ilə dost deyil, bütün dünyaya dişini qıcayır. Bir vaxtların mədəniyyət, ədəbiyyat, elm öncüllərindən olan nəhəng ölkə indi xalqlar həbsxanasına, mədəniyyətlərin məhv olduğu nəhəng quyuya çevrilib.

Azərbaycan heç vaxt Rusiyaya xəyanət etməyib. Azərbaycanlılar isə 100 illərdi qatilinə çevrilən Rusiyanın bu gücə qovuşmasında müstəsna rol oynayıb. Bəlkə də buna görə tabutlarımız axın-axın gəlir.

Adları fərqli olsa da, göndərənlər eyni təfəkkürün sahibləridi. Qaramat 90-larda "skinhed"lər, indi isə onlardan beşbetər qəddarlıq edən OMON.

Dostluq etməyə, ağzına bal sürtməyə, dilində danışmağa çalışdığımız bu "ayı" yüz illər bizi köləsinə çevirməyə çalışdı, sərvətimizi taladı. Torpaqlarımızı bölüb-bölüşdürüb sağa-sola payladı. Bir əsrdə 3 dəfə ziyalılarımızı, başbilənlərimizi öldürdü, sürgünlərə yolladı. Doymadı, 20 Yanvar faciəsini törətdi, Xocalı soyqırımında birbaşa iştirakçı oldu, torpaqlarımızın 30 ildən çox işğalda qalmasını təmin etdi, sərnişin təyyarəmizi vurdu. Saymaqla bitmir ki...

Rusiyaya nifrət etmək üçün hər cür səbəbimiz var. Amma bu tabut axınının qarşısını almaq üçün tək yol görünür. 90-lardan bəri dəfələrlə sınaqdan çıxmış yol: bütün azərbaycanlıların xarici təhlükə qarşısında yumruq kimi birləşməsi və həmrəy olması... 90-ci ilin 20 Yanvarı, Xocalı soyqırımı, ADNA terroru, 44 günlük vətən mübaribəsi və AZAL təyyarəsinin vurulduğu günlərdə olduğu kimi... Biz bu ağır imtahanlardan birliyimiz sayəsində üzüağ və qürurlu çıxdıq, düşmənimiz isə əliboş...

Bir də xətalarımızdan dərs çıxarıb Putindən sonrakı Rusiya ilə yeni, fərqli münasibətlərə hazırlaşmalıyıq. Təbii, bütün dostlarına xəyanət edən putinizm Rusiyanı özü ilə bərabər gömməzsə...

Hələlik isə nəhəng Rusiyanın geniş çöllərinin qəbirstanlıqlara çevrildiyinin, 90-cı illərdəki Azərbaycanın vəziyyətinə necə düşdüyünün şahidi oluruq. Uzun illər sağındakı-solundakı ölkələrə axın-axın tabut yollayan, yollamağa davam edən Rusiyanın özünə indi axın-axın tabut gəlir. Xalqların azadlığını əngəlləmək üçün tökülən qanlar indi geriyə - Rusiyaya axır... Gözləyək görək, sadə rus xalqı bu axına nə qədər dözə biləcək...

Bəxtiyar Əlirzayev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyul 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri