Icma.az
close
up
RU
PUTİNİN ƏR RİYADA GÖNDƏRDİYİ DMİTRİYEV KİMDİR? “Məqsəd Putinin ailəsi üçün təminat almaqdır”

PUTİNİN ƏR RİYADA GÖNDƏRDİYİ DMİTRİYEV KİMDİR? “Məqsəd Putinin ailəsi üçün təminat almaqdır”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ ilə danışıqları Rusiya yox, Putin, onun klanı və ailəsi aparır”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış rusiyalı hüquq-müdafiəçisi, "Gulagu.net" layihəsinin rəhbəri Vladimir Oseçkin son efirində deyib.

Oseçkin Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda diplomatiyaya heç bir aidiyyatı olmayan Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriyevin iştirak etməsinin təsadüfi olmadığını qeyd edib. Onun dediyinə görə, Dmitriyev Vladimir Putinin qızı Yekaterina Tixonovanın(Putinanın) ən yaxın rəfiqəsi olan Natalya Popovanın əridir: “Yadınızdadırsa, bir zaman “Yeltsinin ailəsi” deyərkən, onun qızı Tatyana Dyaçenko, onun əri Valentin Yumaşovla yanaşı, Boris Berezovski, Roman Abramoviç və s. nəzərdə tutulurdu. İndi isə “Putinin ailəsi” Ər-Riyada nümayəndə heyətilə gəlib. Onlardan biri Kirill Dmitriyevdir. Lavrov və digərləri amerikalılarla dialoq qurmağa çalışarkən, həmin vaxt Dmitriyev ABŞ mətbuatı ilə və digər jurnalistlərlə danışırdı. Formal olaraq o, Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı olsa da, onun əsas “vəzifəsi” Yekaterina Tixonovanın(Putinin qızı) ən yaxın rəfiqəsi və “sağ əli” Natalya Popovanın əri olmasıdır”.

Oseçkinin dediyinə görə, Putinin özünün və ailə üzvlərinin əsas məqsədi bu ailənin gələcəyi ilə bağlı ABŞ-dən təminat almaqdır və bu funksiya da Dmitriyevə həvalə olunub: “Bu ailə yaxşı başa düşür ki, qarşıda hətta ən yaxın vaxtda belə Putin son mənzilə çata bilər. Bu, bu il də, gələn il də baş verə bilər, əsas bu deyil. Əsas odur Putin vəziyyəti elə həddə çatdırıb ki, onun ailəsinin, yaxın ətrafının gələcəyi sual altına düşüb. Buna görə də onlara təcili olaraq, vəziyyəti dəyişmək lazımdır. İndi onlar üçün ABŞ ilə bağlı “imkan pəncərəsi” yaranıb. Bundan istifadə edərək, öz pullarının, yaxtalarının, villalarının “donunu açmaq”, ən əsası isə təhlükəsizlik təminatı almaq istəyirlər. Əsas məsələ budur. Putinin 70-dən yuxarı yaşı var, sabah hansısa bioloji səbəbdən, stressdən və s. ayılmasa, bundan sonra nə baş verəcək? Putinin yaxın ətrafı və ailəsi FSB-yə etibar edə bilərmi? Tixonova(Putina) FSB və digər xüsusi xidmət orqanlarına Andrey Belousovun(hazırkı Müdafiə naziri) təyinatında olduğu kimi öz adamlarını yerləşdirə biləcəkmi? Əlbəttə ki, yox, edə bilməyəcək. Orada elə bir sistem yaranıb ki, o, “ailədən” çox-çox güclüdür. Ona görə də bunlara özlərinə aid beynəlxalq təminat lazımdır. Bunu onlara kim verəcək? Avropamı, Ukraynamı? Yox… Amma Vaşinqtonla, Trampla, onun yaxın ətrafı ilə bu mümkündür. Onlar belə hesab edirlər”.

Oseçkin iddia edib ki, Putin ailəsinin “dili və qulağı” olan Kirill Dmitriyev öz açıqlamaları və məlum təklifləri ilə(ABŞ neft şirkətlərinin Rusiyaya qayıtması və s.) amerikalıları “satın almağa” çalışır. Çünki ailənin onların dəstəyinə ehtiyacı var: “Ər-Riyad danışıqlarında ikinci sırada oturanlar arasında milyarder, “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlev var idi. Buyurun, ailənin “yeni Roman Abramoviçi”.

Oseçkin Trampın və İlon Maskın davranışlarını, onların Putinin ünvanına təriflərini, eləcə də Putindən sitatlar gətirmələrini “Amerika üçün alçaldıcı hal” adlandırıb. Onun dediyinə görə, Ər-Riyadda keçirilən danışıqlar formal, görüntü xarakterlidir və nə ABŞ Dövlət katibi Marko Rubio, nə də Segey Lavrov heç nə həll etmir, razılıq artıq Putinlə Tramp arasında əldə edilib. Bu razılığa əsasən isə Ukrayna ilə bağlı 3 mərhələli plan(atəşkəs, seçki, sülh müqaviləsinin imzalanması) həyata keçirilməli, həmin mərhələlərdən biri seçki keçirilməsi və Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması olmalıdır. Lakin bunun asan olmayacağını deyən Oseçkin ümumilikdə bu yanaşmanın ABŞ və Tramp üçün biabırçılıq olduğunu qeyd edib. Onun dediyi kimi, 25 il Rusiyanı diktatura üsulu ilə idarə edən, ötən ilin fevralında özünün əsas siyasi rəqibi olan Aleksandr Navalnını həbsxanada öldürən, barəsində Beynəlxalq Məhkəmənin həbs qərarı çıxardığı Putinin Ukraynaya və ya hər hansı bir ölkəyə seçki ilə bağlı nəyisə diqtə etməsi, ABŞ-nin isə onunla eyni mövqedən çıxış etməsi utancvericidir.

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri