Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

“Putinin İlham Əliyevlə ikitərəfli görüşlərdən yayınmasının əsas səbəbi Azərbaycanın haqlı suallarına cavab verə bilməməsidir...”

“Putinin İlham Əliyevlə ikitərəfli görüşlərdən yayınmasının əsas səbəbi Azərbaycanın haqlı suallarına cavab verə bilməməsidir...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sən Ermənistan baş naziri ilə görüş keçirdin, xoş təəssürat yaratmağa çalışdın. Amma bu səmərə verəcəkmi? Ermənistanı nə qədər öz orbitinə qaytara bilirsən? Oradakı hərbi bazalarını möhkəmləndirə bilirsənmi?  Ermənistanı Vaşinqton danışıqlarından geri  çəkməyi bacarırsanmı? Əlbəttə ki, yox...”

Rusiya diktatoru V.Putin avqustun 31-dən sentyabrın 2-dək Çinin Tiancin şəhərində keçirilmiş ŞƏT sammitində Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirsə də, Azərbaycan prezidenti İlham Əliyevlə görüşmədi. Bu da yəqin ki, son 8 aydan şox müddətdə münasibətlərdəki soyuqluqdan irəli gəlir. Pekindəki parad ərəfəsində də Əliyev-Putin görüşü baş tutmadı. Sadəcə, Putin digər liderlərlə ayaqüstü görüşərkən İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə də salamlaşdı... 

Bu arada  Moskvada bəziləri artıq Azərbaycana hərbi hücumdan dəm vurur. Amma Duma üzvlərindən biri dedi ki, “Rusiya-Azərbaycan dostluğu bərpa olunmalıdır”.  Görəsən, bundan sonra Azərbaycan-Rusiya münasibətləri hansı məcraya dönəcək?  

Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Azərbaycanla Rusiya arasında münasibətlərin xoş məcraya yönəlməsi vacibdir və bunda Rusiyanın maraqları daha çoxdur. Rusiya regionda yeni şəraitə uyğun münasibətlər qurmağı bacarmalıdır. Bu gün Azərbaycanla yanaşı, Türkiyə də regionda əsas oyunçulardan biridir. Bölgədəki yeni reallığı da Azərbaycan məhz  Türkiyə ilə birlikdə yaradıblar. Əgər Rusiya bu yeni reallıqla hesablaşmaq və Türkiyə ilə münasibətləri qorumaq istəyirsə, o zaman Azərbaycanla da düzgün münasibətlər qurmalıdır. Azərbaycanı kənarda saxlayıb, ona qarşı düşmənçilik mövqeyi sərgiləyərək, onu müharibə ilə hədələyərək eyni zamanda Türkiyə ilə yaxın olmaq mümkün deyil. Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən mesajlar açıq şəkildə regionda Azərbaycanda verilən dəyərin ifadəsi idi. O, açıqlama verdi ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması vacibdir və bu, baş verəcəkdir. Bu əslində Rusiyaya ünvanlanan bir mesaj idi: biz bölgədə Azərbaycanla mühiti yaradırıq və sən də bununla hesablaşmalısan. Yəni Moskvanın başqa yolu yoxdur. İndi, Rusiya prezidentinin Ermənistan rəhbəri ilə görüşərək Azərbaycansız bir format nümayiş etdirməsi bəlkə də Bakıya qarşı qıcıq yaratmaq məqsədi güdüb. Amma siyasətdə hər bir iş onun nəticəsinə uyğun qiymətləndirilir. Bu mənada Rusiya lideri Ermənistan baş naziri ilə görüntü xatirinə görüş keçirir, amma bunun real siyasi nəticəsi yoxdur. Sən Ermənistan baş naziri ilə görüş keçirdin, xoş təəssürat yaratmağa çalışdın. Amma bu səmərə verəcəkmi? Ermənistanı nə qədər öz orbitinə qaytara bilirsən? Oradakı hərbi bazalarını möhkəmləndirə bilirsənmi?  Ermənistanı Vaşinqton danışıqlarından geri  çəkməyi bacarırsanmı? Əlbəttə ki, yox. Ermənistan Azərbaycanla birgə “yola davam” deyibdir. Yəni nəticə etibarilə Çində Rusiya-Ermənistan formatında keçirilən görüş siyasi baxımdan ciddi məzmunlu deyil, sadəcə görüntü xarakteri daşıyır.

Pekindəki parad ərəfəsində isə Putin sadəcə etika xatirinə digər liderlərlə yanaşı. Azərbaycan lideri ilə də ayaqüstü salamlaşmağa məcbur oldu. Lakin bu hələ də Azərbaycan tərəfindən hansısa yumşalmasından və arada hansısa razılaşma olmasından xəbər vermir...

Onu da deyim ki, Azərbaycanın regionda artan rolu və Türkiyə ilə birgə yaratdığı yeni güc balansı Rusiya da daxil olmaqla bütün beynəlxalq aktorlar tərəfindən nəzərə alınmalıdır. Putinin hazırda İlham Əliyevlə ikitərəfli görüşlərdən yayınmasının əsas səbəbi ölkəmizin haqlı suallarına cavab verə bilməməsidir. Yəni Rusiya tərəfi cavab verməli olduğu bir sıra ciddi məsələlərdən yayınmağa çalışır. Onlar görüşdən qaçırlar, çünki Azərbaycanın suallarına cavab verə bilmirlər. Nə üçün Azərbaycana məxsus sərnişin təyyarəsi vuruldu və bu qədər vaxt keçib, ancaq həmin insidentlə bağlı adekvat hüquqi ölçü götürülməyib, heç kəs məsuliyyətə cəlb edilməyib. Nə üçün Rusiyada Azərbaycanlara qarşı sistemli şəkildə repressiya kampaniyası aparılır? Mətbuatda, sosial şəbəkələrdə, siyasi dairələrdə Azərbaycana qarşı hücumlar, böhtanlar niyə bu qədər geniş yayılıb? Niyə internet şəbəkəmizə qarşı kiber-hücumlar həyata keçirilir? Və s. və i.a.

Bu gün Rusiya mediası, eləcə də bəzi rəsmi şəxslər açıq şəkildə Azərbaycana qarşı hücumdadır.  Rusiya bu sualların heç birinə cavab vermir və ona görə də görüşlərdən yayınır. Çünki yaxşı bilirlər ki, Azərbaycan bu məsələləri masa üzərinə qoyacaq və kompromissə getməyəcək. Rusiya Azərbaycanın prinsipial mövqeyindən narahatdır və gözləyir ki, Bakı hansısa şəkildə geri addım atsın. Rusiya gözləyir ki, Azərbaycanla görüş baş tutsun, amma bu görüşdə Bakı bu məsələləri qaldırmasın. Amma Azərbaycan hökmən bu sualları qaldıracaq. Və Rusiya da bunu çox yaxşı bilir. Ona görə də indiki mərhələdə görüşlərdən yayınmağa üstünlük verirlər.  Hesab edirəm ki, Moskva yalnız Azərbaycanın haqlı tələblərini yerinə yetirəndən sonra görüşlərə üstünlük verəcək. Digər tərəfdən, bu, uzun müddət belə davam edə bilməz. Çünki regionda münasibətlərin normallaşması hər iki tərəfin marağındadır. Azərbaycanın güclənən mövqeyi fonunda Rusiya gec-tez bu reallıqla hesablaşmağa məcbur olacaq. Necə ki, Minsk Qrupunun buraxılması məsələsində ATƏT Azərbaycanın mövqeyi ilə hesablaşdı, eləcə də Rusiya bizim haqlı mövqe ilə hesablaşmalı olacaq. Və yalnız Rusiya Azərbaycanın legitim narahatlıqlarını nəzərə aldıqdan sonra münasibətlərin normallaşmasından danışmaq mümkün olacaq...”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri